Page 279 - Vahid Rzayev
P. 279

277




                  04.02.2016

                  ***

                  Durğu işarələri, ədədlər...

                  Durğu işarələrinin, hər birinin ayrı - ayrılıqda, öz mə'nası var.
                  O, ilk insan, işarələdi:

                  Yazda səmada, İldırım çaxdı, o, işıq gücü (!), nida simvolu ilə, işarələdi.

                  Söz dedi, cümlə dedi, fikri bitdi, nəfəs aldı, o, fikri (.), nöqtə ilə, işarələdi.
                  Yaz gəldi, Yaza baxdı, cücərən, o, cücərtiyə baxdı, maraq bürüdü, o, cücərtidən nə
                  bitəcək,  onu  bilmədi,  öz  marağına  (?),  torpaqdan  baş  qaldıran  cücərti  forması
                  simvollaşdırdı, “sual”, dedi.

                  Oxşar, eyni söz arasına (-), tire işarə simvol, qoydu.

                  Baxdı-baxdı, söz bitmədi, fikir tükənmədi, o tükənməzdir, o, dayanmazdır, buta kimi
                  bildi, araya (,), vergülü simvol, işarə qoydu.
                  Baxdı  ətrafa,  baxdı  bütün  aləmə,  onun  dayanmaz  oldüğunu,  bir  vergül,  bir  doqquz
                  simvolu ilə, işarələdi.

                  Ədədlər ardıcıllığına baxdı, say - saydı, ədədləri, simvollaşdırdı.
                  Bir “O” - dur, “O” - ndan başlar.

                  İki, sən və məndir.
                  Üç, həsrətə yekundur.

                  Dörd, Kainatın səmtləri, qovuşmağa yollarıdır.

                  Beş, tükənməyən, başlanğıcdır.
                  Altı, “O” - nun Kainatı Qurduqlarıdır.

                  Yeddi, Kainat quruluşunun tamıdır.
                  Səkkiz, dönər - dolaşar, hardan başlar, oradan qurtarar.

                  Doqquz,  əsasların  əsasıdır,  onun  başlanğıcı,  bir  nöqtədən  başlar,  tükənməz,
                  qurtarmaz, dayanmaz.
                  O (sıfır), o, dayandırmaz, hər halı, yenidən başlar.

                  Cızdı, yazdı, yazıya gətirdi.

                  Saydı, topladı, ədədlər qurdu, ədədlər arasına ədəd simvollar gətirdi, O, ilk Yer İnsanı.
                  Onlardan bizə, bir çox miraslar qaldı.

                  05.02.2016
   274   275   276   277   278   279   280   281   282   283   284