Page 280 - Vahid Rzayev
P. 280
278
***
Qəribədir bu insan...
Qəribədir, maraqlıdır bu İnsan.
Yenib gəldiyi o, aləmə, “ölumdən keçməklə” qayıdıb getmək istəməyən, bu İnsan.
Yer üzünə, İşıqdan gələn bu İnsan, qayıdacağı o Aləmə, ona, “uzaqdan, yad kimi”,
ehtiyatla, təlatümlə, qorxu ilə, üşüntü ilə, baxan, bu insan!
Qeyd:
Yəqin ki, öz dərin yaddaşımızdan, nələrsə etdiklərimizi, ancaq özümüz bilirik deyə,
ora, o Aləmə, “qayıtmaqdan”, çəkinirik, qorxuruq.
05.02.2016
***
Yer kürəsinin, sevdası...
Yer kürəsi, Günəşi öz sevdası bilib, o, İşığın, o Günəş İşığı ətrafında, dövr etməsinin,
sevincindədir.
Yer aləmi, qaranlıqlardan, qaça - qaça, qaranlıqlardan izaqlaşa - uzaqlaşa, o, İşığın
sevdasındadır.
Yer kürəmiz, qaranlıqla - işıq arasında, hərəkətdədir.
Yer kürəsinin, bir yarımkürəsi, qaranlıq ərəfəsinə düşəndə, o, yarımkürə, yenə də, o,
İşığa boylanıb onun, sevdasındadır.
Kürəmiz də, öz səthində olanları, o, olan bütün varlıqları, Günəşin İşığına çatmasının,
qovuşmasının sevdasındadır.
Yer kürəsi, İşıq ətrafında, o İşığın sevdasında - sevda ilə, fırlanmaqda, hərəkətdədir.
Qaranlıqlardan qaça-qaça, İşıqla, o, İşıq sevdası ilə, hərəkətdədir.
Sevdası İşıq olanın, Məhəbbəti də, İşıqla olar.
Kainat da, və bütün Qalaktikalar da, o İşıq ətrafında olaraq, bütün varlıqlar da, bir -
birlikdə, birgə hərəkətdə olaraq, o, İşığın Sevdası ətrafına, hərəkətləşərlər.
Bütün varlıqlar, işığı axtarmada, işığa qovuşmaq, istəyindədirlər.
Bu, o, deməkdir ki, olan bütün istəklər arasında, İşıq var imiş.
Bizi, bir - birimizə də, bağlayan da elə, İşıq İmiş.
Sevda olmasa, Məhəbbət olmaz.
İşıq olmasa, qaranlıqda:
heç kim, heç kimi, görməz,