Page 284 - Vahid Rzayev
P. 284
282
Bilsələr...
Əgər bilsələr ki, nə deyirlər, onda bilərlər ki, nə deyirlər...
13.01.2016
***
Ölüm - Həyat...
Əgər, Yer həyatında, “ağrılarımız” olmasa idi, “ölüm nədir?”, bilməzdik.
Ağrı dayanan yerdə, ölüm başlayır.
Bütün bəşəriyyət, kəskin ağrı əhatəsinə düşdükdə, bir ifadə işlədər, “ağrıdan ölürəm”.
Əgər, Yer həyatında, “əzab - əziyyətlər”, olmasa idi, yaxşılığın - pisliyin, hədd
qədərlərini, bir - birindən, ayıra bilməzdik.
14.02.2016
***
Ətrafımız, əhatəmiz...
Ətrafımızda, hər nələri görürüksə, hamısı bir - biri ilə, vəhdət bağlılığındadırlar.
Onların hamısı, işlək olaraq, biz İnsanlara, bir görkəm kimi, görünərək, onların
bə'zilərinə, e'tinasızlıqlarla, yanaşırıq.
Min illərdir bir çox hallara o qədər, diqqətsizliklə, mə'nasızlıqlarla yanaşırıq ki, az
qala onlar da, bizdən tədricən, “incik”, olurlar.
Onlar, coşurlar, daşırlar, qaynayırlar, silkələyirlər, püskürürlər.
Deyilir ki, bunlar təbiət hadisələridirlər.
Yox, bunlar təbiət hadisələri olmaqla yanaşı, bizim bir parçamız olmaqla, aləmin özü
də, bir parçadır, bir paydır.
Onlarla, incə olan, “rabitəni”, qırmışıq.
Biz, onlarsız ola bilmirik, amma onlar da, bizsiz, ola bilməzlər.
Çünki onlar da, bizim var olmamız üçün, vardırlar.
“Gedərkən” onları, özünüzlə aparmırıq, “gələrkən”, onları, özümüzlə gətirmirik.
Onlar, bizim var olmağımıza, səbəbdirlər.
14.02.2016
***
Hər dəfə, hər an, yuxudan “oyanan”, İnsan...