Page 285 - Vahid Rzayev
P. 285
283
Qəribədir bu insan.
Yatıb, yuxlamış insan, yuxudan oyanar - oyanmaz, mütləq bütün əzalarını, qollarını,
ayaqlarını, bədənini “dartır”, dartınır, xalq arasında deyərlər ki, “gərnəşir”.
Qəribədir, yatağı rahat, yuxudaykən özü rahat, amma yuxudan oyanarkən, dartınan,
yə'ni ki, “gərnəşən”, insan.
Körpə uşaq da, belədir, o, da, yuxudan oyanarkən, eyni dinamikanı edir.
Heyvanat aləmi də, belədir.
Oyanan hər bir heyvan, dartınır, sanki özünü nizama salır.
Diqqətlə baxdıqda, belə bir sual çıxır ortaya.
Niyə?
Məsələ burasındadır ki, yuxu prosesi mürəkkəb bir, prosesdir.
Hər bir yatan, yuxlayan canlı, yuxudaykən, səmalara, göylərə, Kainatlara yüksəlir.
Yeni aləm, yeni bilgilər arasında olur.
Yuxudan, oyanar - oyanmaz, anilikdə Kainatlar aləmindən, öz yer aləminə qayıdar.
Öz vücutu ilə, olan vücutu ilə, Səmalardan “qayıdan”, vücutu, onu, Yer aləminin
şərtlərinə, temperatur hədlərinə uyğun olaraq nizamlayar, bərabərləşdirər, tarazlayar,
onları, bir - birinə, tanıdar.
Qayıdar, daxil olar, öz vücutuna, öz bədəninə, o konstruksiyasına sığar, sığışar.
Dartına - dartına, gərnəşə-gərnəşə də, özünü - özündə, özü ilə tapar.
Yuxudan, oyanar - oyanmaz da, “gördükləri”, o yuxular da, anilikdə “yaddan”, çıxar.
Əslində isə, görülən o yuxular, yaddan çıxmaz.
Hər gördüyü yuxu da, bir yenilik olar.
Baş -Yaddaş hücrələri arasında bölünər, o hücrələrdə, yadda qalar.
Qəribədir bu İnsan.
Yüz illərlə çalışır bu İnsan ki, yeni bir muğam toplumu, muğam dəsgahı yaratsın.
Yarada da, bilmir.
Dilçilər Yer üzündə, min illərdir, Linqvistikaya yeni bir söz, yeni bir kəlmə, gətirmək
istəyir.
Gətirə bilmir.
Səbəb nədir ki, gətirə bilmir?
Hələ biz iki hala baxdıq. Bəs nə qədər də, belə hallar, hələ də, mövcuddur.