Page 20 - Vahid Rzayev
P. 20
18
Söz...
Sözə, söz gərəkdir!
Fikrə, söz gərəkdir!
Sözsüz, söz olmur. Sözsüz, fikir olmur!
Sözsüz, düşüncə olmur! Sözsüz, demək olmur!
Söz idi ilk, söz deyildi ilk!
Sözlə söz dedilər, sözə, söz dedilər.
Sözlə, sözü, ardıcıllıqda dedilər.
Kainata üz tutdular, Kainatın öz dilində, Kainata söz dedilər!
Onun dili ilə, Ona söz dedilər.
Sözün ilki Onda idi, Ona öz Sözünü, sözdə dedilər.
Sözlə Söz idi ilk, Sözə Söz idi ilk.
Səsə, səs idi ilk, O səsdən, söz idi ilk!
Səs İşıqdan idi, Sözlər İşığa idi.
Söz düşündürən, düşüncə sözdə idi!
18.05.2015
***
Süni, Sintetik...
Tikililər sintetik, üzlüklər sintetik, məişət avadanlıqları plasmasla - sintetik.
Geyimlər sintetik, yataq dəstləri sintetik, dərman preparatları sintetik ki, xəstəliklər
də, sintetik.
Qidalar sintetik, əkinlərə səpilən, əlavə edilən Gübrələr də, sintetik, ağıclara da,
səpilən, Pülənən dərman preparatları da, sintetik, Döllər sintetik, mayalanmalar da,
süni, sintetik, maşınlar, oturacaqlar sintetik, ayaqqabılar, corablar sintetik,
Su boruları süni, sintetik və s və i.
Ətrafımızla özümüz arasında qalıb, süniliklə sintetik,
Təbiət və Təbiiliyin öz arasına sədd, sərhədd qurmaq, qoymaq istəyirik - Süniliklə,
Sintetik!
Səbəblər acılı, ağrılı olsa da, səbəblərdən, nəticələri də, düşünməliyik.
Yer üzü daha qalıb, Sintetiklə - Özü arasında, insanlar da, əziyyət çəkir, o, iki, Süni
ilə - Sintetik, arasında!
20.05.2015