Page 22 - Vahid Rzayev
P. 22

20




                  Min illərdir bütün məhfumlar ölçü vahidləri ilə bildirilsə də, ölçülsə də, o, Məhfumlar,
                  nə tükəndi, nə qurtardı, nə də ki, son olur!
                  Onları  tükəndirib,  yox  etməyə,  sona  çatdırmağa  da,  elə  bir  Qüvvə,  elə  bir  Varlıq,
                  mövcud olmadı!

                  23.05.2015

                  ***


                  Rəng, rənglərlə görünər

                  Susuz, canlı olmaz!


                  Bu yer həyatı, onsuz olmaz!

                  Olan bu fiziki hal, bizə mə'lumdur!


                  Amma Su, şəffaf, dadsız, rəngsiz, iyisiz Ağ bir mayedir!

                  Təbiət, bütün canlılar isə, bu Sudan bəhrələnməsə, qidalanmasa o, da, olmaz!


                  Əgər ki, suyun özü, şəffafsa, rəngsizsə, dadsızsa - Təbiət və Təbiətdəki bütün bitkilər,
                  güllər, çiçəklər - niyə, rəng alıb, rəngarəngdirlər?


                  Yağış yağar, Göy Qurşağı görünər!

                  Yağış şəffaf, Göy qurşağı yeddi rənglə görünər!


                  Axı niyə, yeddi rəng çalarında, müxtəlif rənglərlə görünər?

                  Əgər, su şəffafsa göy qurşağı rəngləri hardan alar, niyə rəngli olar?


                  Təbiət sudan qidalanar, rəngləri, rayihələri, dadları hardan alar, niyə alar?


                  Bunlar, bu müxtəlif rənglər, nəyin yaddaş daşıyıcısı, nələri rənglərdə pıçıldayar?

                  Bu Rənglərin, Rəng Aləminin özü də, böyük bir mövzudur!


                  23.05.2015

                  ***


                  Bu dünyaya sevinc üçün gəldik!

                  Bəs bu dünyadan niyə kədərlə getdik?
   17   18   19   20   21   22   23   24   25   26   27