Page 27 - Vahid Rzayev
P. 27
25
***
Ağrısız Dünya...
Deyənlər dedilər ki, “bu dünya, ağrılıdır”.
Gecəyə baxdlm, gündüzə baxdım, daşa, torpağa, bitkilərə baxdımsa da, onları
ağrılardan, kənarda gördüm!
Bəlkə bizim, istəklərimiz, düşüncələrimiz “ağrılıdırlar”.
Kim bilir...
30.05.2015
***
Baxa-baxa, düşünürük...
Torpağa baxa-baxa, addımlayıb düşünürük, Səmaya baxa - baxa, düşünürük, Üfüqə
baxa - baxa düşünürük, Arxaya baxa - baxa, keçmiş anları düşünürük.
Bu aləm düşüncə, Qayıdacağımız O, aləm düşüncə!
Bu altı baxım arasında, elə bir istinad nöqtəsi varmı ki, o nöqtədə dayanıb, heç bir hal
haqda, düşünməyəsən?
Yəqin ki, Kainatın özündə də, “düşünməmək” - üçün, bir istinad nöqtəsi, yoxdur belə!
30.05.2015
***
Sevinər İnsan...
Cəngəlliklərin dərinliyində yaşayan insan, qidalanmağa hər nə əldə etmiş olsa, ona
qane olur!
Özündən başqa, cəngəllikdən kənarda, başqa bir varlıq olduğundan da, xəbəri yoxdur!
Axşam tonqal ətrafında rəqs edib sevinir o insan.
Onu əbatə edən o aləmdə, dərman yox, süni heç bir bitki yox, təbiilik arasında,
sevinib, “məni əhatə edən bu, aləm içərisində, rahat bir insanam!” - deyə, düşünüb,
sevinib, şənlənir o insan?
Biz sivil insanlar isə, heç düşünmək istəmədik ki, babalarımızdan, tonqaldan, istidən,
atəşdən, sevincdən başlandı yerdə həyat...
30.05.2015
***