Page 24 - Vahid Rzayev
P. 24
22
Təbiətdə quşlar, sularda balıqlar, ağrısız!
Gecə ağrısız, Gündüz ağrısız!
Səma ağrısız, Kainat ağrısız
Rənglər ağrısız, dadlar ağrısız!
İnsan, canlı aləmi bu ağrısızlıqlar əhatəsində, ağrısız!
Əgər ki, yuxarıda deyilənlər ağrı verib, ağrıların daşıyıcıları olmuş olsa idi, onda
insan, canlı heç cürə qidalana bilməz, rahatçılıqlar tapmaz idi, qaçıb gizlənməyə də,
sahə olmazdı...
Çox düşündürücü hal ondadır ki, suyu ağrısız əzabsız, qidası ağrısız əzabsız, onu
əhatə edən Təbiət ağrısız əzabsız, və s. əhatəsində olan bu İNSAN, bu BƏŞƏR - niyə,
bir-birinə, ancaq ağrı, əzab, zülm vermək istəyən, bir CANLIYA, dönür, çevrilir?
Çox maraqlı, çox düşündürücüdür.., əgər onu əhatə edən Aləmdə, ağrı verən, əzab
verən heç bir hal yoxsa, onlarla qidalanmırsa, əzab-əziyyəti də, onları da, özünə
istəmirsə, axı, hardan alır İnsan, bu davranışları?
26.05.2015
***
Yazı mətnlərində...
Çox qədim, Tarixi yazılarda, yazı Mətnlərində, Zeytun, Əncir, Nar qeyd olunduqda,
bu Adlıqlar, Azərbaycan Ərazisinə, “işarə”- kimi, qəbul edilirdi.
26.05.2015
***
Dünya, Dünya...
“Dünya, Dünya”, deyə - deyə, onun həsrəti ilə, bu Aləmə, gəlmədik!
Dünya, Dünya, deyə - deyə də, buranın həsrəti ilə də, bu Aləmdən, Getmərik!
Gələn narazı, gedən narazı, qayıdan, narazı!
Narazı-narazı, Gəldiyimiz Aləmə, dönər, qayıdarıq!
Bu Gəliş, bu Qayıdışları, heç cürə saxlayıb, dayandıra, bilmərik!
05.27.2015
***
Это не сказка, только желание...