Page 21 - Vahid Rzayev
P. 21

19




                  ***

                  Daha nələri bilmək istəyirik?

                  Yer  kürəsinin  varlığı  və  mövcud  olması,  (üzərində  canlılarla)  bizə  mə'lumdur!
                  Bununla  yanaşı,  Günəş  varlığının  da,  mövcud  olması  da,  bizə  mə'lumdur!
                  Onda maraqlıdır, Yer kürəsinin Günəş ətrafında, hərəkət sür'ətinin və Vaxta-Zamana
                  sığmayan bir Güclə, hərəkət etməsinə, buna Hərəkət Verici Qüvvənin nə olduğunun
                  və onun da, hərəkət verici, Səbəbinin nə olduğunu, bilmək istəmiriksə, onda biz nələri
                  bilmək istəyirik?
                  Əgər ki, yer kürəsində olan - Faydalı qazıntıların, Suyun, Torpağın, Qumun, Küləyin,
                  Havanın  və  s.  nə  səbəbdən  tükənmədiyini  və  tükənə  bilmədiyinin  də,  səbəblərini
                  bilmək istəmiriksə, onda biz, daha nələri bilmək istəyirik?

                  22.05.2015

                  ***


                  Yığışdıq bir yer, söhbətə.

                  Danışıq arasında, kiminsə aforizm sitatını eşitdim:- “Sən əyri ol, ətrafın düzgün olana

                  qədər”.

                  Bu aforizmlə razılaşmadım.


                  Düşündüm ki, “Sən düzgün ol, ətrafın düzgün olana qədər!”.

                  Yəqin ki, bununla daha rahat ömür olar, yer üzündə!


                  23.05.2015

                  ***


                  Bu  dünya, dəyərlərə  sığmayan,  bir  dəyər  olduğundan,  Onun  dəyərini, ölçmək
                  mümkün, olmadı!


                  23.05.2015

                  ***

                  Ölçü vahidləri

                  Yer  üzündə nə qədər  Kütlə,  Cisim,  Məsafə,  müxtəlif  Tutumlar  varsa, onların  saya,
                  nizama, ardıcıllığa gətirmıyə də, onlara aid, ölçü vahidləri də, var.
   16   17   18   19   20   21   22   23   24   25   26