Page 19 - Vahid Rzayev
P. 19
17
Budur insan, düşünəcək, axtaracaq, bilmək istəyəcək insan!
Bildikcə, bilmək istəyəcək - insan!
İlkdən, yaranışdan oldu belə, bütün Yaranmış Varlıqlar, İlkini bilmək, ilkinə
qovuşmaq istəyəcək!
18.05.2015
***
İstəklər...
Nə istəyirik bu Aləmdən?
Bu Aləmin, düşünüb, düşündürməkdən başqa nəyi var ki, nə istəyək bu Aləmdən!
Bu Aləm, düşünüb - düşündürməyi, pıçıldayır, deyir!
Bilib, bilməyi deyir!
Fərqi yoxdur, düşünsən və ya düşünməsən də, Bu Aləm düşündürəcəkdir,
dedirdəcəkdir, Qayıdılacaq O, Aləmi deyəcəkdir!
18.05.2015
***
Varidat...
Bu aləm tükənməyən bir varidatdır, hər birimizə bir payı vardır!
Müqayisələr etməyək, biri-biri ilə!
Sənə ayrılan pay, o birinə ayrılan paydan, qat-qat çoxdur!
Nə edək, ayrılan paylarımız elə, bu qədərdir!
İstəsək də, istəməsək də,
Olan paylar, elə bu qədərdir!
18.05.2015
***

