Page 15 - Vahid Rzayev
P. 15
13
Çünki, Bunlara hərəkətləri və nizamı “Verən”, - nə “Yatar” - nə də ki, “Mürgüləyər” -
Səbəb budur!
13.05.2015
***
Yer üzündə ilkdən, bütün elmlərin başlanğıcı, fəlsəfi fikirlərdən - fəlsəfə ilə ,
fəlsəfənin özündən törədi!
13.05.2015
***
Yatmaz, Mürgüləməz!
Yatmaz Yaradanım - Yatmaz, Mürgüləməz!
Yatarsa Yaradan, yatar cəm Yaranan!
Kainatlar yatar, sür'ətlər, hərəkətlər, ardıcıllıqlar dayanar, Kainat susar!
Kainatda xaos başlar, cəm planetlər, Qalaktikalar qarışar - Qaranlıqlar çökər,
qarışıqlıq hökm sürər!
Yatmaz Yaradan Yatmaz, Yatıbən Mürgüləməz, Yuxu Görməz!
14.05.2015
***
Həyata gəldik ki, bu həyatı anlayaq gedək!
Həyata gəlmədik ki, bu həyatı anlamadan gedək!
14.05.2015
***
Əgər ki, özün - özünlə “dost” - deyilsənsə, kənarında - düşməni axtarma!
14.05.2015
***
Sənin dünyan...
Sənin Dünyan, sənin Dünyandır ki, onu heç kim görə bilmir!
Sənin ömür kitabın, sənin öz kitabındır ki, heç kim, onu da, oxuya bilmir!