Page 16 - Vahid Rzayev
P. 16
14
Özündən başqa, sənin, öz ömür kitabını, kim oxuya bilər ki?
Sənin Özündən başqa, heç kim, sənin, “öz ömür kitabını”, oxuya bilməz ki!
14.05.2015
***
Simalar, üzlər...
Ətrafa, İnsanlara baxırsan, simaları görünür!
Onlardan eləsi var ki, əzablıdır, eləsi var ki, biganədir, eləsi var düşüncəlidir, eləsi var
özü-özü üçün yaşayandır, eləsi var yalançıdır, paxıldır, ziyankardır.
Eləsi var ki, özündən çox razıdır!
Eləsi də, var ki, aldadandır və s.
Amma, bunlar da, ətrafımızda olan, Simalardır, “Danışığı, Dili də qəribə, sözləri,
cümləsi də qəribə, baxışı da qəribə, özü də, qəribə”.
14.05.2015
***
İsklərimizə, uyğunlaşmır!
Min illərdir insanlar yer küəsini öz düşüncələrinə, istəklərinə uyğunlaşdırıb, onu elə
“görmək” - istəyirlər!
Yer kürəsi isə, bizim dağıdıcı, məhf edici istəklərimizə, uyğunlaşmır!
Amma, Yer kürəsi nə Günəş ətrafında hərəkət dinamikasını, nə də, sür'ətini, nə də
yerini dəyişdi!
Yer üzü isə, Rəvan hərəkəti ilə, öz yolunu, davam etdi!
15.05.2015
***
Ömür yolumda yanaşı...
Gedək elə bir yerə ki, o yerdə vücudi rahatlıqda olaq. Orada sükutda yox, sakitlikdə
olaq.
Dalğaların bir- birinə sevincdə ləpələnməsinə çataq.