Page 17 - Vahid Rzayev
P. 17

15




                  Gedək elə bir yerə ki, Günəş işığının başlanğıc anını görək.

                  Günorta günəşi  zirvədə  bizlə, birlikdə  bilək. Günəşin  qürubunu,  onun  bir  də
                  məhəbbətlə işıq saçacağını gözləyə bilək.


                  Sübh günəşini gözləyə-gözləyə Ağ Kəhkəşana yoldaşlıq edək.


                  Gedək elə bir yerə ki, külək mehribandır deyək, istiləri, doğma bilək.

                  Məzarın, məzarlıqların olmadığı yerə gedək.


                  Gedək elə bir yerə ki, yaşıllıqları özümüzlə yanaşı görək, o yaşıllıqlardan özümüzə
                  alaçıq quraq. İşığımıza qayıdışı, İşığa qovuşmağı oradan bilək!


                  Gedək  elə  bir yerə  ki, sevgini,  məhəbbəti  yaxınımızda,  həsrəti,  ayrılıqları  isə  çox
                  uzaqda bilək!

                  Gedək elə bir yerə ki, o aləmlər bizimlədir, bizlədir, sevinclədir, sevlədir, gözəlliklər

                  əhatəsində gözəlliklədir…

                  15.05.2015


                  ***

                  Həyat, Ölüm...


                  Gəldiyimiz Aləmə, bir də qayıtmağa deyilən, O, “Ölüm,” - bir vasitədir.

                  Ölüm yoxdur!


                  “Ölüm” - Adı, ancaq Qayıdışa, bir üslubdur!

                  Burada, yer Aləmində , Doğuluruq, ailəmiz arasında, Sevinclə qarşılanırıq!


                  Oraya isə, O, Aləmə isə, İnsanı, Kədərlə “yola” - salırıq, onunla, vidalaşırıq!

                  Orada, “O aləmdə” - onunla, bir də, görüşmək, ümidi ilə, vidalaşırıq!


                  Bəşər  heç düşünmədi,  “vidalaşdığımız”  -  insanla, O Aləmdə,  görüşmüş olsaq  əgər,
                  biri-birimizi necə, tanıya biləcəyikmi?


                  Məsələ bundadır ki, (şərti olaraq Vahid) insan, bu Həyatla vidalaşdısa, “məni” ' son
                  dəfə necə görmüşdülərsə, yaddaşlarda o, simada, qalaram!
   12   13   14   15   16   17   18   19   20   21   22