Page 10 - Vahid Rzayev
P. 10

8




                  ***

                  Bənzəməz


                  Nə, nəyə - bənzəyir?
                  Heç biri, heç birinə, bənzəməz!

                  Kütlə - kütləyə, Cisim - cismə, Varlıq - varlığa, Planet - planetə, bənzəməz!

                  Daş - daşa, Qum - quma, Su - suya bənzəməz!
                  Bir budaqda iki meyvə, oxşarı olar, amma biri - birinə bənzəməz!

                  Quş - quşa, Ot - ota, bənzəməz! İnsan - insana, adam - adama, bənzəməz!
                  Əkizlər də, oxşar olar, biri - birinə bənzəməz!

                  İnsanların  biri  -  biri  arasında,  Səsi,  Siması,  Yerişi,  Hərəkət  dinamikası,  oxşar  olar,
                  amma, onlar biri - birinə bənzəməz!
                  Bəs niyə bənzəməz, səbəb nədir ki, biri - birinə bənzəməz?

                  Yaradanın  Bənzəri,  Yoxdur,  o  səbəbdən  yaranmışlar  da,  eyniliklə  biri  -  birinə
                  bənzəməz!
                  Yaradan "O" - Yaranmışlar biz, cəmlər arasına, Bəşər yaradar, Fərdlər, Yaradar!

                  Onlar oxşar olar, amma, biri - birinə, bənzəməz!
                  Gör necə də, sadə imiş, bu Aləmlərin şərtləri, Yaranışın şərtləri!

                  10.05.2015

                  ***


                  Müddət gərək...
                  Hər hansı bir məvhumu, öyrənib və bilmək üçün, Müddət gərək!

                  Müddətə - an gərək!
                  O anı - gözləmək gərək!

                  An çatdıqda - mə'nanı görək!
                  Nə edək, gözləyək...

                  Bu, Yer Aləmi - Müddətdə, Anda, Gözləməyi bacarmaqda, Mə'nalara çatmaqda!

                  10.05.2015

                  ***

                  Sokrat günün - günortasında, əiində fənər, küçə ilə keçirmiş.
   5   6   7   8   9   10   11   12   13   14   15