Page 9 - Vahid Rzayev
P. 9

7




                  Budur  "düşüncənin"-mexanizmi. Bu  həmişə  belə  işləyib,  işləyir,  işləyəcəkdir!
                  Onun  qarşısını  alacaq  heç  bir  "Varlıq"  -  mövcud  deyil. Baxaq görək,  bir  anlıq
                  düşünməyə bilərik?


                  09.05.2015

                  ***


                  Təxəllüslər...
                  Qəribə və düşündürücüdür:

                  Məhəmməd - təxəllüsü, Füzuli!
                  Hüseyn - təxəllüsü, Cavid!

                  İmadəddin - təxəllüsü, Nəsimi!
                  Əliağa - təxəllüsü, Vahid! və s.

                  Təxəllüs, deyirik bu adlara!

                  Bəlkə Onlar, Kainatda olan, Adı ilə, çağırıldılar belə...
                  Kainatdan olan, Adları idilər, belə...

                  Kim bilir...
                  Kainatda,  hər  birimiz,  Oradan  tanınan,  bir  Adlıq  daşıyırıq,  bir  Barmaq  yaddaşı
                  daşıyırıq, bir Səs yaddaşı daşıyırıq, bir Göz yaddaşı daşıyırıq!

                  09.05.2015

                  ***


                  Düşüncələr...
                  Düşüncələr bitərsə əgər, Kainat aləmi dayanar, sönər!

                  Kainat  düşünür,  düşündürür,  təkmilləşdirir,  qədərlər  bölüb,  qədərlər  ayırır,  vaxtsız-
                  zamansız hərəkət edir, yaradır, ayırır və s. Kainatın yer vaxtının milyarda bir saniyəsi
                  qədərində dayanmağa, ləngiməyə imkanı yoxdur.
                  Yaradıcının vaxta-zamana bu baxımdan ehtiyacı yoxdur! Və s. Və i.

                  10.05.2015

                  ***


                  Kainatın halı...
                  Bax ki, Kainat nə İsti, nə Soyuqdur, amma ki, ilıqdır!

                  10.05.2015
   4   5   6   7   8   9   10   11   12   13   14