Page 7 - Vahid Rzayev
P. 7
5
həqiqətindədir!
Həqiqət deyib də, çağırdıqca, Kainatı, İlki, çağırmırıqmı?
05.05.2015
***
Sözlər...
Sözə, söz gərəkdir. Fikrə söz gərəkdir. Sözsüz, söz olmur. Sözsüz, fikir olmur.
Sözsüz, düşüncə olmur. Sözsüz, demək olmur.Söz idi ilk, söz deyildi ilk. Sözlə söz
dedilər, sözə söz dedilər.Sözlə, sözü ardıcıllıqda dedilər. Kainata üz tutdular, Kainatın
öz dilində Kainata söz dedilər.Onun dili ilə, Ona söz dedilər. Sözün ilki Onda idi, Ona
öz sözünü, sözdə dedilər.Sözlə Söz idi ilk, Sözə Söz idi ilk. Səsə, səs idi ilk, O səsdən
söz idi ilk.Səs İşıqdan idi, Sözlər İşığa idi. Söz düşündürən, düşüncə sözdə idi.
07.05.2015
***
Avestada - "Xeyrə düşün, Xeyrə çalış, Xeyrə danış".
07.05.2015
***
"Filantropiya"- insan sevərlik, insanlara köməklik.
Sağ olun ki, mə'na araşdırmasında - insanlığı, düşündürdünüz!
08.05.2017
***
Başlanğıc
Hər başlanğıc Birdədir, Birlə Başlayan - Birdədir!
İkili - ikilik, müqayisələrdir! O muqayisələrə ad dedilər "Dual"- dedilər, Dualizm
dedilər.
Dual - duetdir, Sən və Məndir, Bir başlanğıcı ilə, cəmdədir!
09.05.2015

