Page 8 - Vahid Rzayev
P. 8
6
***
Xeyir
Hər düşüncə - xeyir deyilmi?
Hər xeyir düşüncəsi - Xeyirlə deyilmi?
09.05.2015
***
Bağışlamaq...
Xeyirhaxlıq ayrıdır, Humanistlik ayrıdır, Bağışlamaq, ayrıdır!
Xeyirhaxlığı düşünməyən, düşünə bilməyən - "xeyirə", biganədir!
Xeyirhaqlıq deyilən - tək özümüzə, demək deyil - bütün varlıqları, gözəllik, rahatçılıq
əhatəsində, görməkdir!
09.05.2015
***
İnsan öz xeyrini "güdməyəndə"-onda bilər ki, xeyir nədir!
09.05.2015
***
Düşüncələr...
Bütün varlıqlar, düşünür! Düşüncənin özü - onları düşündürür!
Düşünməsə - deməyəcək!
Deməsə - düşünməyəcək, düşündürməyəcək!
Düşüncələr olmasa idi, oxuduğu kitabları, dərsləri necə şərh edəcəkdi?.
Düşüncə - yaddaşdır, yaddaş - düşüncənindir, düşüncədəndir!
09.05.2015
***
Nədir düşüncə? Düşünməsək, düşündürəcəkdir.