Page 6 - Vahid Rzayev
P. 6
4
02.05.2015
***
Bitkilərin də, öz yaddaşı...
Hər bitki, hər ağac, hər kol, öz rayihəsini, öz dadını, öz rəngi ilə, öz meyvəsini gətirər!
Onların da, öz yaddaşı, onlar, öz yaddaşları ilə, öz yaddaşında gələr!
Bitkilər aləmi, öz yaddaşındakıları gətirib, onları bölüşüb, deyər!
Qışda, soyuqlarda gövdəsi ilə, budaqları ilə, özünü qoruyar, Yazda isə, yaddaşı ilə,
yaddaşında olanları, bir də deyər!
Onların Yaddaşları dəyişməz!
Onlar yenə də, öz budaqları ilə, öz meyvələri ilə, özlərini, tanıdar!
Hər iki Aləmdə, nəyin yaddaşı yoxdur ki?
04.05.2015
***
İnsan öz ilkini, öz əvvəlini, öz kökünü, öz adını, öz yaddaşını, öz böyüklüyünü
unutmasın gərək.
İlkini, yaddaşını dəyişməyən o kollar, o ağaclar, o rənglər, o rayihələr müqayisələr
etmək üçün, bilmək üçün, yaddaşla - bir misallarladır bizə.
04.05.2015
***
İnsan işıq tutdu ovcunda, qaranlıqdan İşığa gəldik ki, İnsan İşıq tutdu ovcunda! Ümid,
İnam tutdu ovcunda!
05.05.2015
***
Həqiqət...
Həqiqət haradan başlayır, harada qurtarır?
Həqiqət - heç vaxt, bitmir, tükənmir, qurtarmır, yox olmur!
Həqiqət, Kainat qanununun, ilki olduğundan, Kainatın özü ilə, özünün –