Page 4 - Vahid Rzayev
P. 4
2
İnsan elə bilməsin ki, bu aləmə ölməyə gəlib. İnsan bilsin ki, bu aləmdən bir də,
dirilməyə gəlib. Çünki, hər iki aləmdə, ölüm yox, dirilmək olur.
29.04.2015
***
İnsan - Nəyə gəldiyini bilmədi, Niyə qayıdacağını - düşünmədi.
29.04.2015
***
Eh nə bilim, axtara-axtara tapırıq, tapa-tapa axtarırıq, itirə-itirə təəssüf edirik.
Amma yenə də, ümiddən dönmürük.
29.04.2015
***
Azərbaycanın ilki, əzəli budur!
Sözü şeriyyat, fikri şeriyyat, düşüncəsi şeriyyat, hecası, kəlməsi şeriyyat, fəlsəfəsi
də şeriyyat. Məqsədi, araşdırdıqları, axtarışları elmlərdədir!
29.04.2015
***
Təqvimlər
İllər - illərə qarışıb; təqvimlər - təqvimlərə qarışıb.
Yer kürəsi karıx qalıb, bilmir hansı təqvimə uyğunlaşsın. Təqvimlər, yer kürəsi
tarixinə uyğunlaşmır, yer kürəsi "təqvimlər tarixinə"- uyğunlaşmır.
Tarixlər qarışıb, təqvimlər qarışıb, insanlar qarışıb.
○ ○ ○
O qədər dedik-dedik, dedik!
Gördük ki, elə deyirik!
O qədər düşündük-düşündük, düşündük! Gördük ki, elə düşünürük.
O qədər baxdıq-baxdıq, baxdıq! Gördük ki, elə baxırıq.
Nə qədər bildik-bildik, onda gördük ki, bilirik!