Page 3 - Vahid Rzayev
P. 3

1




                  Böyük bir Elm…
                  Böyük bir Elmdir – Heca, Elmi!
                  Böyük bir Elmdir – Kəlmə, Elmi!

                  Böyük bir Elmdir – Söz, Elmi!
                  Olmasa idi əgər, Yer Üzündə, Heca – olmayacaqdı, nə Söz, nə də ki, Kəlmə!
                  Bütün Elmlərin Başlanğıcı, başlar Düşüncələrdən!
                  Bütün Düşüncələrin sonluğu, Hecalarda, Sözdə, Yekunlaşar!

                  O, Hecalardan, Kəlmə!
                  Kəlmələr arası, Sözlə bağlanar!
                  Sözə bağlanar, o, Kəlmələr, Sözlə Bağlanar!

                  Heca, Söz, Kəlmə olmasaydı əgər, Elmlərin Sözlərlə ifadələri, necə ola bilərdi, onda?
                  Simvol, İşarələr, arnamentlər, formalar, ştrixlər, həndəsi cizgilər də, Söz olub, Sözə
                  çevrilmirlər, məgər?

                  Düşüncə, Söz!
                  Söz, Düşüncə!
                  12.03.2015
                  ***


                  Böyük xöşbəxtlik...

                  Nə böyük xöşbəxtlik, Allahın Dünyası var!

                  Dünyanın, Allahı var!
                  Bütün bəşəriyyət, "Onun"- Dünyası içərisində, var!

                  24.04.2015
                  ***


                  Axtarır,  axtarır,  axtarır  insan...  qayıdacağı  Aləmə, nə  aparacağını,  axtarır
                  insan?


                  29.04.2015

                  ***

                  Çox düşündürücüdür, qanad qürrələnir yoxsa quş? Yəqin ki, qanad qürrələnir.

                  Qanad uçmur, uçurdur.

                  29.04.2015

                  ***
   1   2   3   4   5   6   7   8