Page 172 - Vahid Rzayev
P. 172
170
On bir saat, qırx dəqiqə, doqquz saniyə, bəs edər!
Yer tündləşər, işığı azalar, ətraf planetlər, düzüm - düzüm, düzülər. Yaxınlaşarlar, bir
yerə,
bir də, yenə də, yenidən, yeni düzümlə, yerbə - yer olar!
Parad olar, Planetlər paradı olar!
Ma, başda olar!
27.09.2015
***
Maraqlar...
Yer üzündə, insanlar arasında, say artımı, həmişə yüksək olur,
İnsanlar da, bir - biri arasında, seyrəlib- seyrəlib, azaldıqca, Yer üzünə, yeni İnsanlar,
gəlir.
Hər bir İnsanın, öyrənmək, bilmək, araşdırmaq, tətbiq etmək, müqayisə etmək,
təcrübələr aparmaq, inkar etmək, razılaşmamaq istəkləri, həmişə İnsanlar arasında
olubdur və qalıbdır!
Amma, hər bilmək istəkləri, hər bildikləri də, bütün müxtəlif, inkar maraqları
arasında, həmişə üstün olub, həmişə, yüksəkdə olub.
İnsanlar, yenə də, yeni, bilgilər araşdırıb və yeni bilgilər, tapıb!
27.09.2015
***
Ağ İşıq...
“İşıq”- sözünü eşidəndə, bəşəriyyət karıxa bilər.
“İşıq”- deyildikdə, o, ocaq, yaxud da ki, Günəş, işığı, şüası, istisi deyil.
“İşıq”- deyilən odur ki, Böyük Yaradan, bu Kainatı yaradanda, Özündən Onlara Ağ
İşıq Səpib, nəticədə, “Böyük Partlayış”- baş vermişdir ki, Kainatlar, bu aləmlər o,
partlayış İşığından və gücündən, yarandılar!
“Tenqri”, “Tanqrı”, “Tanrı”, “Allah”, “Allah Təala”, “Ahura”, deyirik!
Dediklərimizin hamısı, “O”- nun Adıdır!
Yaxud da, deyirik ki, “Böyük Yaradan”.
Bu oldu Onun Böyüklüyü, yenə də, Adlığı oldu, özlüyünü demədi.
Özlüyü, İşıqdandır, İşıqdadır, Nurdandır, Nurdadır, Özlüyü, Ağ Yaradıcı, İşıqladlr!
İlkdən, İlkindən, “O” - nun Özüdür!
İlkdən, əvvəldən, Böyük Yaradanın Özüdür ki, sonra “O” - nun Adıdır!