Page 173 - Vahid Rzayev
P. 173

171




                  28.09.2015
                  ***

                  Salamladıqmı?...
                  Səhər yuxudan oyanandan, salamladıqmı o, yuxumuzu?

                  Yataqdan, qalxıb da, salamladıqmı yatağımızı?
                  Əl - üzümüzü, su ilə yumazdan əvvəl, salamladıqmı o, suyu?

                  Qidalanmazdan əvvəl, salamladıqmı o, çayı, o, çörəyi?
                  Ev qapısından, çıxmazdan əvvəl, salamladıqmı, o qapını?

                  Salamladıqmı, addım atdığımız o, səkini, o, küçəni?

                  Salamladıqmı, addımladığımız o, yolları?Salamladıqmı bu Günü, bu günkü Səhəri?
                  Keçdiyimiz yolları, başlayacağımız işləri, salamladıqmı?

                  Salamladıqmı, bu günə, olacaq uğurları, istəkləri, arzuları?
                  (Salam - ayrıdır, Salamlamaq - təşəkkürlü olmaq isə, ayrıdır).

                  Təşəkkürlə başlanmayan o, Gün, nə ilə sonlanar o, Gün?
                  Bə'zən, belə çıxır ki, “onlar”- bizi salamlamalıdırlar?

                  Amma bilsək ki, “onlar” da dönüb, bizi cavabsız qoymayıb, hər bir təşəkkürümüzdə,
                  bizi də, onlar, “salamlayarlar!”.

                  Salamlamaq, əvvəldir, təşəkkürlü olmaq isə, hər halın, hər uğurun, başlanğıcı, onların
                  arası kəsilməyən, davamıdır!
                  30.09.2015
                  ***

                  Təşəkkür...

                  Səhərinə, təşəkkürlərdən başlanmayan o Gün, nə ilə sonlanar, o gün?
                  30.09.2015
                  ***

                  Bütün hallar, lazımsız və mə'nasız, olmurlar!...

                  Bu,  Yer  həyatında,  nə  qədər  maraqlı  suallar  varsa  da,  hələ  də,  onlar
                  düşündürücüdürlər!
                  Bir çoxlarına, cavablar isə, hələ də, yox dərəcəsindədirlər!

                  Bütün, canlı aləm, bu Yer həyatında yeməsə, qidalanmasa olmaz.
                  Qida mütləqdir - niyə?

                  Bütün, canlı aləm, bu Yer həyatında su içməsə, olmaz!
   168   169   170   171   172   173   174   175   176   177   178