Page 169 - Vahid Rzayev
P. 169
167
Hər bir “an”, ətrafda olanların da, göz yaddaşında, o an, nəyi, necə görə biliblərsə, o
hal da, onların göz yaddaşında, qulaq yaddaşında, olanlar da, yaddaş kimi,
qaldıqlarından, onlar da, yaddaşlardır!
Son “nəfəsdə”, Yer həyatı ilə vida anında, onun ətrafında, ailə üzvləri və ya başqa
insanlar olmuş olsa, o, ölən insanın “vida”-yaddaşında, onlar, ətrafındakılar, yaddaş
olaraq, göz, qulaq yaddaşına, həkk olunar, qalar!
Hər bir insan, bu Yer həyatı ilə vidalaşma anında, bir Can Aparanı görər, bir də
dönüb, öz canından ayrılarkən, dönüb, öz canına, vücuduna, son dəfə, bir də baxar,
özünü görər, öz cismindən, onda uzaqlaşar, Kainatlara yüksələr!
Hər bir canlının, ətrafda olan rənglərin, səslərin, istinin, soyuğun da, yaddaş
daşıyıcıları hərəkətə gəlir!
Bütün hallardan, “heç kimin xəbəri olmaz desəm belə”, söz də, kəlmə də, düşüncə də,
əl yaddaşımız da, səs yaddaşımız da, onlar, baş-beyin yaddaşımızda, saxlanılıblar!
Xeyirhaqlığım, bədliyim, paxıllığım, ziyankarlığım, bütün hallarım, öz yadımda, öz
yaddaşımda, saxlanılırlar!
24.09.2015
***
Sizcə, qəribə deyil?...
Qəribə və düşündürücüdür!
Yer üzündə olan, bütün ev heyvanlarına, onların, “sahibi”- tərəfindən verilən, bə'zi
“əmrləri”, yerinə yetirirlər, onlara ta'be olurlar!
Sirk nömrələrində, manejdə, arenada olan, o, heyvanlar təlimçi tərəfindən verilən,
“əmrləri”- yerinə yetirirlər!
Həyatda da, təsərrüfatımızda olan, heç bizim olmayan, başqa bir sahibə aid olan,
müxtəlif, sahibsiz heyvanlara, səsimiz və “sözlərimiz”, onlar tərəfindən başa düşülür.
Qəribəliklər ondadır ki, verilən həmin əmrlər, sözlərlə, səslərlə, intonasiyalarla,
müşahidə olunur və səslənir!
Həmin “əmrlərsə”, müxtəlif dillərdə, müxtəlif dünya xalqlarının dilində, o, “əmrlər”,
səsləndirilir!
Şox maraqlı hal, bundadır ki, müxtəlif dillərdə səslənən, həmin o, “əmrləri”,
heyvanlar dərk edib, qəbul edirlər.
O, heyvanlar və o, heyvanat aləmi, linqvistik, fonetik, qramatik, ümumiyyətlə,
elmlərdən, fənlərdən, tədris almadan, müxtəlif milliyətlərin dilini, o, dili, “başa
düşərək”, “dərk edərək”, yerinə yetirirlər!
Deməli onlar, biz insanların dilini bilirlər, başa düşürlər?
Biz insanlar isə, onların “dilini”, bilmirik, başa da, düşmürük!