Page 166 - Vahid Rzayev
P. 166
164
Kələm, sərinliyi,
Xiyar, üz rəngini,
Sarımsaq, qan ləngliyini,
Qırmızı turp, bağırsaqları,
Acı bibər, burun nəfəsini,
Şirin bibar, udlağı,
və sair, və ilaxır, və bu kimi, və olduğu kimi.
Qeyd:
Bunlar müalicə üçün olmayıb, bə'zi varlıqların, hər birinin, nəyə xidmət etdiyini,
araşdırmaqdandır.
Gözümüz olsun görə bilək, qulağımız olsun, eşidə bilək.
21.09.2015
***
İşıq olmasa idi, ondan, Zər - li, parlaq İşıq şuası da, olmazdı...
Günəşi - görmədəyik,
Günəşi - bilmədəyik!
Günəşsiz - olmamaqdayıq,
İşıqsız da, İstisiz də,
ola - bilməməkdəyik...
İlkindən tapdı insan, metallar arasından, Qızılı, Gümüşü, tapdı İnsan.
“Qızıl” - Günəşdir, Günəşindəndir onun rəngi.
Tükənməyəndir onun, rəngi.
Solmayandır, onun rəngi, Parlaqdır, onun rəngi!
Gizlətsən də, İtirsən də, basdırsan da, solmazdır, onun rəngi!
(Yə'ni, ətrafla, su, torpaqla, əlin - bədənin təmasında da, istidə də, soyuqda da,
Oksidləşə bilmir, onun rəngi).
Peşələr arasında, onun, ustasının adı, Zər – dir
Zər - gər, Zər - gar, olubdur, onun adı!
Qızıl - Günəş, İşıq təmsilçısı olduğundan, Zər təmsilçisi olduğundan, onun ustasının
da adı, Zərdir - Zərgərdir!
Peşələr arasından, suçu adı, əkinçi adı, maldar adı, aqronom adı, dəmirçi adı, dülgər,
dərzi, pinəçi, süpürgəçi, sürücü, metallurq və nə qədər adlar və adlıqlar var.