Page 167 - Vahid Rzayev
P. 167
165
Amma ki, Qızıl-Gümüş ustasının, vardır, bir adı!
İşıq təmsilçisi, Günəş təmsilçisi, Zər təmsilçisidir onun, adı!
Zərdir, Zərgərdir, Zərgardır o, peşəkarın, adı!
İlkdən, Yer Üzünə, ünsüyyətə dil, danışıq gəlibdir.
Danışığa, dilə - dilçiliyə, sonra, Əlifba gəlibdir!
Bütün Əlifbaların başlanğıcına, ilkinə “A” - hərfi, bütün hərflərin əvvəlinə, İlkini olan
kimi, gəlibdir.
Metallar arasında, Gümüş, Qızıl, ilkin tapılıbdır.
Gümüş, Ağ İşıq olub - Kişi Təmsilçisidir!
Qızıl, parlaq İşığı İlə - Günəş təmsilçisi, İşıq təmsilçisi!
O, da, İşıq, bu da, İşıq!
O, səbəbdən, biz ilklərik, Yer üzünə ilklərik!
O, səbəbdən biz, A-Zərlərik!
İnsan, barmağında, boynunda Zər gəzdirdi, İşıq gəzdirdi!
İşıqdan gəldiyindən, İşıq gəzdirər, bütün İnsanlar, İşıq!
Metallar arasında, Qara metal, çox-çox, sonralar tapılıbdır!
Bizim, İlkimiz İşıq, adımız, Zər İşıq, daşıyarıq İşıq, sonumuz da, İşıqdır!
Əbədiyyətimiz də, İşıqdır, “O”, İşıqlıdır!
22.09.2015
***
Çox düşündürücüdür - 9, 19, 49, 59...
İ. Nəsimi dedi ki, “49 - dur yaşım”, hesabla gör, neçədir yaşım?
H. Cavidin isə, oldu cəmi, 59 - yaşı!
Bakıda yaşadığı ev, 59.
Baş, papaq ölçüsü, 59.
Repressiya, həps qovluğu, 59.
Yer həyatını, yaşadı, 59.
Məzar nömrəsi, 59.
Tayşetdən, vətəninə gətirilən nəxşi, İkinci dəfə, Naxçıvanda dəfn olunma tarixi, 19 -
oktyabr.
Hamısı, Doqquz!
Bu, Yer həyatında, təsadüflər olmur, yoxdur təsadüflər, ola bilmir, təsadüflər!