Page 162 - Vahid Rzayev
P. 162

160




                  Çünki, “O” - Təkdir ki, “O” -na, Sən deyirik!
                  Biz  çoxuq,  ona  görə  də,  çox  olduğumuzdan,  bir  -  birimizə  də,  “siz, biz”,  deyərək,
                  müraciət edirik!

                  “O” - na, Sən, özümüzə isə, müraciətimizdə “siz-biz” deyərək, müraciət, edirik!
                  Bütün  istəklərimizi,  bütün  arzularımızı,  “O”--  na,  Sən  deyərək,  çağırırıq.
                  “O”  isə,  bu  çağırışlarımızdan,  Ona,  “Sən”  deyərkən,  heç  İncimir  də,  bizdən  heç,
                  Küsmür də!

                  “Tanrı, Allah, İlahi, Sən kömək ol”, demirikmi?”.

                  Amma, heç vaxt, öz müraciətimizdə, öz xitabımızda, üzümüzü Kainata tutub, demirik
                  ki, “Allah “Siz”- kömək olun!”.
                  Dərin yaddaşımızdan, “O” - na, “O”, Tək olana, Sən - deyirik!

                  18.09.2015
                  ***

                  Hansı həddə, sərhəddə, qədər...
                  Yer üzü, dağıdılıb, viranə edilir, sonra da, deyilir, soruşulur ki, “O”, Hanı Görmür?”

                  “O”  -  da,  biz  İnsanların  davranışlarına,  etdiklərinə,  yəqindir  ki,  belə  olardı  cavabı,
                  “sizləri onun üçün, dağıdıb, viranə etmək üçün, Yaratmadım axı. Dağıtsa idim, Mən
                  dağıdardım, Dağıtmıram axı!”.
                  Düşünmürük  ki,  bütün  hədlərin,  sərhədlərin,  bir  ölçüləri,  bir  mə'naları,  onların  bir
                  nəticələri də, olacaqdır.

                  Kim - kimə, yalvarmalıdır bilmirəm, axı.
                  “O”-  Viranə  Qoysaydı  əgər,  biz  deməzdikmi,  düşünməzdikmi,  yaratdıqlarını,
                  İnamımızı, ümidimizi, “Sən”- qırdın, dağıtdın axı, niyə?!

                  Milyon illərdir, səbrlə Dözür, amma hansı həddə, hansı sərhəddə qədər, Dözsün axı?!

                  Öldürülən də, ölən də, Allahı çağırır!
                  Qəribədir,  İnsanı  öldürən,  cəllad  da,  o  an,  öldürülənin  başı  üstündə  dayanıb,  o  da,
                  Allah deyir!

                  18.09.2015
                  ***

                  Yer üzünün halı...
                  İndiki ərəfədə, bir termin də, əlavə olundu, Günəş fırtınası, maqnit fırtınası!

                  Amma, səbəblər yenə də, müəmmalı olaraq qalmaqdadır!
                  Bu ərəfələr, çox ağır ərəfələrdir.
   157   158   159   160   161   162   163   164   165   166   167