Page 158 - Vahid Rzayev
P. 158
156
Qəribə və maraqlı odur ki, Dünya Tufanından xilas olmaq üçün, ancaq, bir cüt Erkək -
Dişini, xilas etmək üçün, gəmi düzəltməyin, nə mə'nası olardı, o halda ki, çox vacib
olan insandır, xilas edilməli olan da elə, insan olmalı idi.
Yəqin ki, o faciəvi anda, insanlar və ailə üzvləri daha tez yada düşərdi!
İndiki halda və dövrdə də, təbii fəlakətlər zamanı daşqınlar, tsunamilər, zəlzələlər,
vulkan püskürmələri, meşə yanğınları ərəfəsi, heyvan və heyvanlar aləmi, yada
düşmür, ancaq insanları xilas etmək, insanları evakuasiya, təxliyə etmək, yada düşür!
Mütləqdir ki, ilkin olaraq, insan haqda, insanlar haqda, düşünülür!
Halbuki, həmin insan, elə həmin, bu insandır, heç bir fizioloji, bioloji halı
dəyişikliklərə də, uğramayıb!
Bütün heyvanların əksəriyyəti üzə bildiyi halda, insan isə, üzməyi öyrənir.
Hz. Nuh və o, dövr insanları da, özlərini xilas etmək, haqda daha tez düşünərdi və onu
məqsədə uyğun, sayardı!
Çox maraqlı hallardan biri də, odur ki, belə bir fikir hələ də, qalmaqdadır ki, Hz. Nuh
dövründə olan gəmi, Ağrı Dağının üstündə hələ də, qalmaqdadır.
Bu fikir - informasiya, köklü olaraq yanlışdır.
O, səbəbdən ki, həmin Ağrı dağı, Vulkanik dağdır. Həmin Ağrı dağında, dəfələrlə
vulkan püskürmələri, baş verdiyi halda, orada, “gəmi” olmuş olsayda da belə, ya
metaldan, ya da ki, taxtadan, o deyilən “gəmi”, çoxdan əriyib, yanmalı idi.
Sonrakı ərəfələrdə həmin, Avropa ilə, Asiya Qitəsi arasında yerləşən, Ağrı Dağının
adını, fiziki coğrafi xəritələrdə dəyuşib, “Ararat” dağı kimi, adlandırdılar.
Ararat adı verməklə o dağın adını yenə də, İşıq - İsti ilə olan dağ, mə'na adını, dəyişə
bilmədilər.
Yə'ni ki, Azərbaycan Dil-Dilçiliyində əsasən, “Ar” - torpaq, material aləm, Aran,
Arran, Ərənlərin ərazisi kimi,
“Ra”, Tanrı İşığı, Tanrıdan Gələn Ağ İşıq, bu Əraziyə düşən, Ra - Ağ, Tanrı işığı,
“At” isə, isti olan, iti hərəkət edən, axan, uzaq edən, kimi mə'na, daşıyır!
Ad dəyişməklə, onun adının Mahiyyəti, dəyişmədi!
Ağrı Dağının adı, yenə də, Ağrılı olan, Od püskürən, İşıq yayan, İşıqdan, isti ayrılan
kimi, qalmaqdadır.
O, dağın adı, Kainatdan deyilən addır, hara dəyişsən də, yenə də, onun öz adını, öz
mahiyyətini, dəyəcəksən!
Tarixi qəribəliklər, təhriflər, hələ də, çoxdur!