Page 154 - Vahid Rzayev
P. 154
152
Gümüş əsr olmasa, Qızıl əsr, gəlməyəcəkdir!
“Gümüş əsr”, Ağlıq əsri, yeni insanlar, yeni elmlər, yeni düşüncələr, yeni-yeni
kəşflər, insanların bir-birinə münasibətlərində, xeyirxahlıqları, diqqəti,
mehribançılıqları, sevinci, olanda, olacaqdır!
“Qızıl əsr”, o, demək deyildir ki, biz, heç bir iş görmədən, hər şey, göydən töküləcək,
bizləri də, onlar, “yaşadacaqdır!”.
Yox, Qızıl əsr o demək deyil!
“Qızıl əsri”, Arzulamaqla da, deyil, o, bir, Ərəfədir!
Yer üzündə, dəfələrlə o, Qızıl əsr, olub!
İnsanlar isə, onun dəyərlərinə, biganə qalıblar!
Olanları da, özləri dağıdıb, özləri məhf, ediblər!
Hər Dövrün, Özü də, bir Ərəfədir!
10.09.2015
***
Ağ, Gülə bənzər...
Kainat, Ağ Gülə bənzər.
Yaranmışlar, gül ləçəkləri kimi, o, mərkəzə bağlanmışlara bənzər.
O, Ağ gülə baxanda, bütün məkanlar (planetlər), onun ətrafında, bir mərkəzə dənə-
dənə, bağlanmış, ləçəklərə bənzər.
Yaranmışlar, (fikrən), o, gülün mərkəzinə doğru, dartınanlara bənzər!
Bütün Yaranmışlar, o, gülün mərkəzinə, Kainat “şirəsindən”- bəhrələnmək,
istəyənlərə, bənzər!
O, Gül, olmasa idi, İşıq olmaz idi.
O, Gül, olmasa idi, həyat şirin olmaz idi.
O, gül, olmasa idi, İşıqdan Zər, bir də, Zərrənin özü, olmaz idi.
O, “Gül”- olmasa idi, Yaranış olmaz idi.
O, Gül olmasa idi, bu qədər rəngarəngliklər, bu qədər rayihələr, bu qədər gözəlliklər,
bu qədər şirinliklər də, olmaz idi.
Həyat da, gözəl olub, şirin olub, doyulmayan, olmaz idi.
Yaranmışlar, “O”, Ağ İşıq İçərisində, yerləşməz idi.
O, İşıqdan, Zərrələr, yayılmaz idi.
Əbədi, zülmət olardı.