Page 155 - Vahid Rzayev
P. 155
153
Ağ, yaradıcı İşıq, Yaradanla bir, olmasa idi, “Ağ da, Ra da, Zər də”, Nurladır,
deyilməz idi.
12.09.2015
***
Dəymə...
Kim dəydi xatirinə, dəymə sən onun xatirinə.
Daha, özü, öz xatirinə, özü dəyəcəkdir.
Dəymə sən, onun xatirinə!
Tanı ki, o insandır, amma Mələk ki, deyil.
Özü, öz xatirinə, özü daha, dəyəcəkdir.
Onu, o, istədi, ona da, dəyəcəkdir!
12.09.2015
***
Sual...
Yoxdur, Yer üzündə, elə bir sual ki, onun cavabı olmasın.
Cavab olduqca, sual yenə də, olacaqdır.
Cavab, izah olunub aydınlaşandır, suallar isə, qurtarmayandır.
Cavab, nə qədər də, dolğun olsa, yenə də, suallar olacaqdır.
Suallarla biz, o, suallara dolğun cavablar isə, axtarıb, maraqlanıb, öyrənib,
bilməyimizdədir.
Suallar, Yerdən-yerlə, cavablar isə, yenə də, Kainatda, Kainatın, özündəndir!
12.09.2015
***
Belə də, oxunar...
Kitab, yazı, məqalə, oxunar, dörd cür!
Oxunar - ümumi xəbər, maraq üçün, “mən də oxumuşam”, demək üçün;
Oxunar - kitab, mətn, məqalə, danışmaq üçün, müxtəlif mövzü üçün, danışıb vaxt
keçirtmək üçün, “xəbərim var, varaqlamışam”, demək üçün;
Oxunar - bilmək, öyrənmək üçün;
Oxunar - araşdırmaq, aydınlaşdırmaq, bilmək, dərk etmək, faydalanmaq,
təcrübələnmək, üçün.
12.09.2015