Page 171 - Vahid Rzayev
P. 171
169
Elmləri - biz gətirmirik! Elmləri - Elmlərin özləri gətirir!
Onları, biz İnsanlara, bəxş edir.
Amma, yenə də, elm, elmi yeniliklər, məhf ola bilməz, məhf edilə bilməz!
Elmləri məhf etməyə də, yenə də, Elm gərəkdir!
Bu isə, mümkünsüzdür, onu da, bilək!
26.09.2015
***
Səslə, rəng...
Bağda, baxçada, gülzarlıqda, Bülbül gül ətrafında vəcdə gəlib, oxuyub da, fəqan
edirsə, gül, Bülbülü tərənnüm edir, yoxsa, bülbül Gülü, tərənnüm edir?
Yox, Bülbül, Güllərin rəngini, tərənnüm edir!
O da, hər gülün ətrafında, vəcdə gəlmir, o, gördüyünü, o gülü, tərənnüm edir.
O, rəngləri, rəngarənglikləri, tərənnüm edir!
O, Rəng tonlarını, Səs tonlarına çevirib, öz səsi ilə, rəng gözəlliklərini, tərənnüm
edir!
O, gözəlliyi, o rəngdə görüb də, onunla, özü arasında qalan, öz həsrət, səsini,
tərənnüm edir.
Səsinin rəngarəngliyi, Yeddi ton, Yeddi göy qurşağı rənglərini, tərənnüm edir!
Yerlə, Göy arasını, onu bizlərə, səs tonlarında, tərənnüm edir!
Bütün quşlar, səsləri ilə rəngləri, müxtəlif rəngarənglikləri, özləri ilə bilib, o rənglərin,
rəngarəngliklərini, tərənnüm edərlər!
Pərvanə İşığı, İşıq ətrafında, İşığı - İşıqla, tərənnüm edər!
Hava - Suyu tərənnüm, edir!
Su - havanı tərənnüm, edər!
Külək - buludları, toz-torpağı, isti, soyuğu, tərənnüm edir!
Od - İşığı, istini, tərənnüm edir!
Günəş - İşıqla, İstini, İşığın şüasını, işığın tezliyini, tərənnüm edir!
İnsan - Kainatı, İşığı, Zərrəni, tərənnüm edir! (Gözləri həmişə, Kainatda qalar, oradan
ayırmaq istəməz).
26.09.2015
***
Bəs edər
Günəş rəngi, qızarmasın - tündləşməsin!