Page 170 - Vahid Rzayev
P. 170
168
Bu hal, həm qəribə və həm də, çox düşündürücüdür!
Adətən İtə, verilən əmrlər, “tut, yat, qalx, qoru, öl, burax” və s.
Rus dilində vürilən əmrlər, “чужой, фуу, принеси, ложись, сторожи” и.т.д.
Bu “əmrlər”, müxtəlif Dünya dillərində, müxtəlif Xalqların dilində, müxtəlif İnsanlar
tərəfindən, tələffüz olunurlar!
Düzgündür ki, onlarda, bütün heyvanlarda, hiss etmə, instinktləri mövcuddur və
güclüdür!
Amma ki, insan dili ilə, həmin xalqın dili ilə, verilən, həmin “əmrləri”, onlar başa
düşərək və səhf etmədən, yerinə yetirirlər!
Deməli onlar, “İnsan dilini”, bilirlər, insan dilini, başa düşürlər?
Onda belə çıxır ki, onlar, həm İnsan dilini, bir də, öz dillərini bilirlər?
Onlar, öz dilini bilə-bilər və bilməlidirlər də, çünki onların, “öz dilləridir”.
Bəs, insan dilini - dilçiliyini haradan öyrəndilər, haradan bildilər, nə vaxtdan bu
müxtəlif, Yer dillərini, onlar mənimsədilər?
Amma ki, onlar bizim, İnsan dilimizi bilirlər, bizlər isə, onların dilini bilmirik!
Maraqlıdır və qəribədir!
Bu məqamda, Yunus Emrə sətirləri, yada düşür,
“Məni məndən sorma, mən məndə, degiləm,
Məndə bir mən də vardır məndən içəri.
Surətim boş yürür, dondan içəri”...
“Suleyman kuş dilin bilir dedilər,
Suleyman var, Suleymandan içəri”
24.09.2015
***
Sadə, bir də, sadə...
Bir çoxları, öz təkkəbürləri ilə, elə özləri də, özlərini, karıxdırır!
Sadə, sadə, bir də, sadə!
Bütün elm qapıları, bilgi qapıları, Kainat qapıları, sadə ilə, sadədə, açılır!
25.09.2015
***
Elm...
Elmi və Elmləri, məhf etmək olmaz!
Elmlərə, maraqsız, diqqətsiz olmaqla, o elmləri, məhf etmək olmaz!