Page 177 - Vahid Rzayev
P. 177
175
İnsan yatdığı halda belə beyin axtarışdadır yenə bə'zən illərlə düşündüyümüz sualın
cavabını, anilikdə yuxuda belə görə bilirik, sanki Tanrı, hər istəyimizin nə qədər
doğru olub olmadığını yoxlayır və bəzən heç gözləmədiyimiz anda çıxarır qarşımıza
var olmuş cavabı.
İnsan düşünür, insan topladığı mə'lumatlarla ilkini öyrənib yaşadığı müddətcə
kamilləşib bir sonrakı ilkinə göndərir bir informasiya kimi.
Bə'zən elə sualların öz quruluşu, asılı edir cavabı, sualların düzgünlüyündən də
asılıdır çox şey.
Əyər bir insan varlığını, düşüncəsini günahlandıraraq yaradırsa sualının cavabı bir o
qədər varlığında yox, yoxluğunda tapmaqla nəticələnir. Nə orta nə də ki, son sual
olmur ilk sual olur, hər zaman, ilk çıxılmazlıqda axtarırıq Tanrını, ilk məğlubiyyətdə
axtarırıq çıxış yolunu.
Əyər insan ilkini bilmirsə sonunu da bilmək qeyri mümkündür.
Biz niyə insanıq? Insan olmağımıza səbəb nədir? Niyə səmada uçan azad quş deyildə,
məhz insan? Bizim ilkimiz insandır çünki biz də insanlıqdan törəmişik hələ
də,törəyirik, yaşayırıq yenidən sonluqda ilk ola bilmək üçün. Tapdığımız cavablarla
formalaşdıqca ilkimizi anlayırıq hər şey çox sadədi əslində, əyər qoyduğumuz sual
doğrudursa tapacağımız cavab da bir o qədər yaxınlığımızda mənliyimizdədir. İrqlər
ayrı, dinlər ayrı, mentalitet ayrı amma insan yenə eyni, yenə bir cünki ilkimizdən
törəyib indi dünyada var olan milyardlarla insan.
Hər şey bir addımdadır sadəcə, biz insan oğluyuq ulu babamız insan olaraq yaranmasa
da, bizim insanoğlu olmağımıza küskünlükdə sahib o. Mələkliyə bir addımda
insanlığa çevrilmişik o, addım ki, həyatla bağlı bəzən cavablarını istəsək də tapa
bilmədiyimiz suallarımıza bir addımda ayırıb bəlkə də, insanoğlunu. Bizdən
soruşsaydılar bəlkə də, heç vaxt atmayacağımız o, addımda, gizlənib indi bütün
suallarımızın cavabı.
Rzayeva Fəxriyyə.
(Qızımdır).
02.10.2015
***
Bürclər, məsafələr...
Yer üzündə, çox-çox qədim dövrdən, ilk insana Bürclər və bürclərin ardıcıl
hərəkətləri, mə'lum idi.
Bürclərin ardıcıl olaraq, biri-birini əvəz etməsi, hələ ilk insanın, onlara müvazi olaraq,
Yer həyatında, hər ərəfəni də, onların hərəkət ardıcıllığına əsas olaraq, mərhələlərə,
bölürdülər!