Page 181 - Vahid Rzayev
P. 181
179
Bəşərin - bəşəriyyətin, acı düşüncələrini, acı olan davranışlarını, yavaş-yavaş,
mərhələ-mərhələ, bu Dünyanın özü də, özündə, yerbə - yer edir!
Bunları, nizamlayıb, nizama salmaq üçün, vaxt yox, Yer üzündə, müddətlərlə,
mərhələlər gedir!
İnsan, İnsanlar isə, gəlirlər - gedirlər!
Dünya isə, nə özünü yorur, nə də ki, özü yorulur!
Dünya yenə də, elə həmin, köhnə Dünyadır!
Bir, gələnlərə baxır, dönüb - dönüb, gedənlərə bir də, baxır!
Dünya, elə həmin, köhnə Dünyadır!
Amma ki, hər gələnə bu Dünya, onun gözündə, yeni bir Dünyadır!
Gəlib - gedənlərin, bunların, onların, bu Dünyanın şərtlərini dəyişmək istəklərinə, heç
uyğun gəlməyən, uyğunlaşmayan, dəyişə də, bilməyəcəkləri, yenə də, elə həmin,
köhnə, Dünyadır!
Dünyanı, dəyişmək mümkün olsa idi əgər, Dünyanın nəyini dəyişəcəkdilər, Dünyanın
niyə dəyişəcəkdilər, nələrini dəyişəcəkdilər, nəcə onu, “dəyişəcəkdilər?”.
Bunları, bu şərtləri düşünən heç soruşan da, olmadı!
Dünya isə, elə həmin, köhnə Dünyadır!
Bizim üçün yeni, özü üçün isə yenə də, köhnə Dünyadır!
Amma ki, Dünya elə həmin Dünyadır!
Yenə də elə həmin, köhnə Dünyadır!
Gələnlərə baxdı, gedənlərə baxdı, Dünya elə olduğu kimi, olduğu Dünya kimi, qaldı,
heç dəyişilmədi!
04.10.2015
***
Kürəvari, Yumru...
Yumru, Kürəvari...
Bütün başlanğıclar başlar, kürəvari, yumru.
Kürəvarilik - bütün həndəsi formaları, ədədləri, ardıcıllıqları, davamiyyətləri,
temperatur hədlərini, rəngləri, səsləri, vəhdət və quruluşları özündə toplar, özündə
cəm edər!
Planetlər, yumru, kürəvari!
Tumurcuq, su damcısı, müxtəlif meyvə, göz, sinə, yanaq, yumaq, yumruq, yumurta,
baş beyin, kümbəzlər dairəvi, hərəkətlər dairəvi, onlar, qabarıqlar, sferik - kürəvari!