Page 186 - Vahid Rzayev
P. 186

184




                  Bütün  hallar,  hərəkətlər,  ardıcıllıqlar,  quruluşlar,  planetlər,  gecə,  gündüz  bizim
                  bilməyimiz üçün, nəticələrə gəlməyimiz üçün, hərəkətdədirlər!
                  Onların  özləri,  hərəkətdə  olmasa  idi,  biz  maşın-mexanizmlərə,  hərəkət  verə
                  bilərdikmi, onları hərəkətə gətirə, bilərdikmi?

                  Biz insanlar, çox da qürrələnməyək ki, maşın-mexanizmlərə hərəkət verib, onları da,
                  hərəkətə biz insanlar, gətiririk.
                  Əgər hər hansı bir varlığın, kütlənin, cismin ilkindən təməlindən, başlanğıc halından,
                  onlara hərəkət etmək qabiliyyəti və hərəkət etmək yaddaşı, ayrılmasa idi, biz İnsanlar
                  heç  bir  kütlə,  cisim  varlıqlara  hərəkət  verərək  onları  hərəkətə  gətirə  bilməyimiz,
                  mümkünsüz olardı!

                  Müəllim də, həyatdır, həyat elə özü də, müəllimdir!

                  15.10.2015
                  ***
                  İşığımla, Diqqətəm...

                  Diqqətdən, diqqət axtarma, Mən - diqqətəm!

                  Kainatda, səmt axtarma, Kainatlayam.
                  İşıqdan, İşıq axtar, Mən - İşıqdayam!,

                  Özündə, özünü axtar, səninləyəm, gözündə, gözünü axtar, gözünləyəm,
                  yaddaşında, yaddaşını axtar, yaddaşınlayam.

                  Bilmədikcə, bilmək istəklərini axtar, Bildirməkdəyəm.
                  Hər yandayam, sizinləyəm, sizdə deyiləm.

                  Hər yandayam, İşığımla - İşıqlayam.

                  Mənə sığan - sizlərsiniz, Mən - sizlərə, sığanmaram.
                  Kainat, Mənimlədir - Mənlədir.

                  Kainatın İşıq qədəri, Kainatların öz qədərindədir.
                  Kainatlar, Mənə sığar, Mən Kainatlara da, sığanmaram!

                  15.10.2015
                  ***

                  Düşüncələrimiz, davranışlarımız, münasibətlərimiz, istəklərimiz...

                  Yer üzünün, hallarına diqqətlə baxdıqda, bir çox hallar, çox müəmmalı görünür.
                  Səbəblərini isə, heç də bilmək olmur.

                  Yer  üzündə  baş  verən,  bütün,  “faciəvi”  halların,  hadisələrin,  bir  səbəbləri  də,
                  olmalıdır, yəqin ki.
   181   182   183   184   185   186   187   188   189   190   191