Page 188 - Vahid Rzayev
P. 188

186




                  Düzgündür ki, yanğın söndürənlər, öz canları bahasına olan yanğınları, söndürməyə
                  çalışırlar!
                  Odla ehtiyatsızlıq ayrıdır, statikadan, “alışmalar” isə, ayrıdır!
                  Ev, əmlak yanğınlarının da, səbəbləri var, “ehtiyatsızlıq!”.

                  Zəlzələlərin,  daşqınların,  tufanların,  sunamilərin,  torpaq  sürüşmələrinin,  vulkan
                  püskürmələrinin, faciələrin səbəbləri vardır!
                  Onlar, səbəbsiz deyillər!

                  Pis,    ziyankar,      karıxdırıcı     düşüncələrimiz,       davranışlarımız,      istəklərimiz,
                  münasibətlərimizin sonluq aqibətləri, faciəvidirlər!

                  17.10.2015
                  ***
                  Bu aləmə heyran, bu aləmsə, heyrətdir!

                  Mən, bu Aləmə heyranamsa, gördüyüm aləm də, heyrətindəyəm!

                  Bu aləmin, heyranı olmaq üçün gəldimsə də, bilib öyrənməyə də, gəldim!
                  Bu aləmi, bilsəm də, bilməsəm də, bu aləm, məndən inciməyəcəkdir!

                  Amma ki, aləmi - aləmləri, bilib dərk edənə qədər, gəlib getməyimizdir!
                  Tez bilsəm, bu aləm tez qurtaracaqdır!

                  Gec bilsəm hələ yenə də, dərk elətdirəcəkdir!
                  Bu  aləmdəyəm,  amma,  bu  aləm  mənim  deyil,  mənim  ola  bilməz,  mənim  də,
                  olmayacaqdır!
                  Bilib öyrənmək, mənimlədir, o, mənimdir!

                  Aləmin müəllimi də, elə bu aləmdir!

                  Bu aləmin şagirdləri, pis olmamalıdır, şagirdlərinin hamısı, sonda yaxşı olmalıdır!
                  Əgər,  göstərdiklərini,  gördüklərimi,  bilib,  onlardan  olan  nəticələri  öyrənmək
                  istəməsəm, aləm, aləmlər mənə, onda heyrət, qalacaqdır!

                  17.10.2015
                  ***

                  Nə ki?
                  Yer üzünə yenib gələli, Yer üzündə, bir müddət mövcud ola - olı, həmişə bir sual çıxır
                  ortaya, “var ki, nə istəyirik bir - birimizədən, nə istəyirik bir - birimizə?”. Yaxud da,
                  nə gözləyə bilərik, bir - birimizdən?

                  Ən mühüm sual isə, bax budur.

                  Cəvablar isə həmişə müxtəlif olur.
   183   184   185   186   187   188   189   190   191   192   193