Page 192 - Vahid Rzayev
P. 192
190
Paradoksal sual çıxır ortaya, əgər bütün varlıqlar biri-birini, rəng, səs, iyi ilə ayırd
edib, tanıyarkən, insan necə ola bilər ki, Kainatda olan, bütün varlıqlar tərəfindən,
tanınmamış olsun?
Kainat tərəfindən, insan da, tanınır!
Davranışları ilə, düşüncələri ilə, ətrafa münasibətləri ilə, adı, ona ayrılmış, işarə
“rəngi”, ilə.
Qəribədir, Kainat sistemində olan bütün qalaktikalar, meqaqalaktikalar, planetlər,
asteroidlər, meteoritlər, kvarklar, kvazarlar, bütün kvantlar, onlar da, tanıyarlar, bir -
birilərini.
Onlar da, rəngi, kütləsi, birgə hərəkət sür'ətləri ilə, özünün var olduğunu bəyan edən,
səs tezlikləri ilə, onlar da, tanıyarlar, bir-birilərini.
Onlar da, bir-biri arasında, ara məsafələrinin, olduğuna görə, hərəkət edərlər.
Onlar da, bir-biri arasında, kütləyə uyğun olaraq, səs tezlikləri ilə, “rabitə”, qurarlar.
Onda, bir sual da çıxdı ortaya, əgər ki, bütün varlıqlar, bir - birini tanımaq, biri-biri
arasında “rabitə” qurmaq, qabiliyyətləri var ikən, bir-biri arasında, bütün duyğuları, öz
aralarında, bölə bildikləri halda, onda Kainat qarşısında, nə “gizlənə”, bilər ki, nə
yaddan çıxa bilər ki?
Heç bir, yaranmış varlıq, kütlə, cisim, zərrə, bir -biri arasında, yaddaşsız ola bilməz.
Budur, Kainat mexanikası, budur Kainat qanunları.
25.10.2105
***
Amadey Motsart, dahiliyinin qurbanı idi?...
Tarixi mənbələrə görə, dahi klassik musiqi bəstəkarı, Volfqan Amadey Motsartın,
məhfinə, ölümünə, çox çalışan, Antoan Salyeri olub.
Amadey Motsart, klassik musiqisi tarixində, bəstələdiyi əsərlərinə görə, dahi Motsart
kimi qaldı.
Antoan Salyeri isə, yenə də, Motsart möhtəşəmliyini, kiçiltməyə çox çalışsa da, onu
kiçildə bilməyib.
Özü kiçildi.
Baxmayaraq ki, Antoan Salyerinin özü də, klassik musiqi bəstəkarı olub...
Dahilik də, hər kəsə nəsib deyilmiş...
Qeyd:
Amadey Motsart haqda yazıya, səhifə dostluğunda olan, İnna xanım Rasın,
kommendəki yzısı əlavə edildi