Page 189 - Vahid Rzayev
P. 189

187




                  Hər o cavaba, yenə də, başqa bir sual çıxacaq ortaya, “niyə elə, nədir ona səbəb ki?”.
                  Milyon illərdir, Kainatdan Yer üzünə “pıçıldanan”, bir cümlə var, “məhf olub, məhf
                  etməyin bir - birinizi”.

                  İnsanların  isə,  bir  -  birinin  arasına,  qoyduğu,  yaratdığı,  sərt  olan,  şərt  tələbləri,
                  zorakılıq davranışlarına, bir sual verən də yoxdur ki, axı olan bu hallarımız, niyədir
                  ki?
                  20.10.2015

                  ***
                  Nağıllarda axtarmayaq...

                  Yer üzünə, yenib gəlirik, bu yer üzünü, öyrənməyə, bilməyə.
                  Yer üzündən qayıdırıq, gedirik, öyrənib, bildiklərimizi, bölməyə - böldürməyə.

                  Bura nağıl, heç ora da, nağıl deyildir.

                  Buranı nağıllarda, oranı da, nağıllarda, axtarmayaq.
                  Olan, o aləmlər, mif deyil, nağıl deyil, rəvayət deyil.

                  Hər iki aləmi, nağıllarla - nağıllarda, axtarmayaq!
                  Olanları, nağıl qədərində, bilib, oranı da, nağıl kimi bilməyək.

                  20.10.2015
                  ***

                  İstə - deyir, bizlərə...
                  Yer üzünə yenib gələli, təbiətdən, yer üzündə olan, bütün varlıqlardan, bəhrələnirik!

                  Onlar isə, biz İnsanlara, “İstəniləcəyəm” - deyir!

                  Su deyir - “Can verim sənə”.
                  Hava deyir - “nəfəs verim sənə”.

                  Gün deyir - “İşıq verim sənə”.
                  Həyat deyir - “yaşam verim sənə”.

                  Torpaq deyir, “qida verim sənə”.

                  Daş deyir, “bina verim sənə”.
                  Yol deyir, “yollar, səninlə - sənədir”.

                  Bir  çox  varlıqlar  da,  elə  bunlarla  yanaşı,  “İstənilənəm,  istəyəcəksən”  -  deyir,  sənə,
                  mənə, ona, onlara, hər kəsə, hər canlı varlığa!
                  Bizlər, təbiətdən, həyatdan, bu aləmdən bəhrələnə - bəhtələnə, nə bəxş edirik, onlara,
                  o, varlıqlara?.
   184   185   186   187   188   189   190   191   192   193   194