Page 191 - Vahid Rzayev
P. 191
189
Günəş ətrafında 9- Planet,
Hərflər 9- Sait,
Dünyaya bəxş olunan övlad, 9- aya!
Vurma cədvəli, 9-sütun,
Ədədlər başlar, 9- ardıcıllıq,
Günəş bərq vurar, İşıqlandırar, 11- dönüşdə, 9- Planetə = olar 99- a.
Doqquz, doqquz, doqquz bir də, Doqquz!
Yer kürəsi bölünər xətlərə, bölgülərə 360!
Doqquz, doqquz, doqquz bir də, Doqquz!
23.10.2015
***
Dünya...
Dünya nə gəlir, nə də ki, gedir.
Dünya öz yerində - yerlədir, sabit də, hərəkətdədir.
Gələn - Gedən də, elə bizlərik.
24.10.2015
***
Rənglər, səslər, hərəkətlər...
Hər bir insanın, özü ilə Yer üzünə gətirdiyi, özünə məxsus, öz “rəngi”, xarici görkəmi,
göz yaddaşı, barmaq izi, yer üzündə, ona verilən, adı - vardır!
Hər bir varlığın, özünə məxsus, spesifik olan iyisi, rəngi, əndazə ölçüləri, forması,
guruluşu, vardır!
Necə ki, güllərin-çiçəklərin, meyvə - tərəvəzlərin, göy - göyərtinin, öz İyisi, öz rəngi,
öz boyu, öz dadı, öz adı, vardır.
Bütün bəşəriyyətin, bütün heyvanat aləminin, bütün insanların özünə məxsus,
“görkəmi”- vardır!
İnsanlar, biri-birini, “adları” ilə, səsləri ilə, rəngləri ilə, ayırd edib, biri-birini, belə
tanıyırlar!
Güllər - çiçəklər isə, biri-birini rəngləri, iyiləri (rayihə) ilə, ayırd edib “tanıyırlar”.
Heyvanat aləmi də, biri-birini, görkəmi ilə, rəngi ilə, “iyisi” ilə, tanıyırlar.
Sularda balıqlar, biri-birini, rəng çalarları ilə, əndazə ölçüləri ilə, tanıyırlar.
Təbiətdə Quşlar, biri-birini, rəngləri ilə, səsləri ilə, tanıyırlar.