Page 184 - Vahid Rzayev
P. 184
182
Dörd üstə, Dörddədir!
Dördü, dördə vur, Dörddədir!
Dörd, altda, Dörd üstə, dörddədir!”.
(Həndəsi quruluşla başlamış, Yaranmış Kainat, ədədi silsilələrdə, aydınlaşdılar. Yə'ni
4, 8, 16, 32, 64 və b.k.
Onun bölmələr göstəricisi elə Günəşdə də, təzahürdədir!).
Yə'ni ki, Oval (ellipsoid), tipli Kainat sistemi daxilinə bir “dörd bucaq”-sığar ki, yenə
də, dörd, yarım Qövs həndəsi quruluş özünü bəyan edər!
Bu səbəbdən, Dörd və Dördlük ardıcıllıq sistemi, dəyişməzdir, Aksiomdur!
Dörd fəsil, dörd cəhət, dörd künc, dörd aparıcı mərhələ, bir də mərtəbə və s Kainata
bağlılıq göstəriciləri, Kainatla bir ardıcıllıq, dəvamiyyət quruluşudur!
12.10.2015
***
Quruluş, ardıcıllıq
Kainatın həndəsi quruluşu Oval (ellipsoid) İlkdən, əzzəldən elə quruluşla Yaradılıb ki,
mə'na daşıyıcısı, toplama üslubundadır ki, iç-içə, 4+4=8, 8+8=16, 16+16=32,
32+32=64 və s.
Belə bir quruluş o, İlk andan belə bir ardıcıllıqda qurulub ki, özündə bir mə'na daşıya
bilsin!
Mə'na isə, onda bəyan edilir ki, Kainat daxilində Son, Sonsuzla yekunlaşmayan olub,
“Toplanıb, Toplumda yenə Mənə, Qayıdışda Olacaqsınız”- anlamı ardıcıllığıdır!
12.10.2015
***
Ola bilməzdilər...
Niyə biz insanlar, elə qəbul edirik ki, ancaq biz: arzu, istək, ümid, həsrət çəkərik?
Maraqlıdır ki, canlı aləm də, heyvanat aləmi də, bu hisslərdən mərhum olmaları,
mümkün olsun?
İnsan əhatəsində olan, bütün canlılar, o hisslərdən, yəqin ki, mərhum ola bilməzdilər!
13.10.2105
***
Yalan deyər...
Kim, ömür yolunda, keçmiş günlərində, öz sirli, örtülu bildiyi anları, yad etmək,
istəməz?
- yad etmək istəmirəm, deyən - yalan deyər!