VƏTƏNİM AZƏRBAYCAN

İlk azərbaycanlı fotoqraf Mircavad Axundzadə. Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları əsasən ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə Azərbaycanı çəkən ilk azərbaycanlı fotoqraf kimi tarixə düşüb. Onun haqqında məlumat çox az olduğuna görə bütün məlumatları bir yerə toplamağı qərara aldıq. Mircavad Axundazadə 1909-cu ildə Bakının Maştağa kəndində anadan olub. Məşhur Axundzadələr nəslindəndir. Atası Seyidağa Axundzadə […]