Qəzəl

Print Friendly, PDF & Email
  1. İgid əsgər, bu səhər oldu mübarək zəfərin,

Düşdü azad Şuşaya indi güzarın, səfərin.

Sancılıb bayrağımız Şişəyə gör, ünvana bəh,

Yayılıb Azərbaycana sənin xoş xəbərin.

Düşmənin bağrına dağ basdı sənin zərbələrin,

Mərhəba! Çaldı zəfər, nura boyandı səhərin.

Ordumuz viran edib erməninin postlarını,

Dönəcək dastana, əfsanəyə hər bir hünərin.

O zəfər badəsini nuş eləmişdir igidim,

Yaz ki, Munis, qəzəlin əsgərə olsun nəmərin.

         Bu təkcə işğal olunan torpaqlar uğrunda gedən müharibə deyildi, bu həm də qeyrət müharibəsi idi…

         Bu müharibədə qeyrət sahibləri ləyaqətlə döyüşdü!

         Bu müharibədə özü ilə döyüşə ürəyinin üstündə bayraq aparan oğullar, igidlər vuruşurdu…

         Bu müharibədə sözün əsl mənasında KİŞİLƏR vuruşurdu…

          O kişiləri dünyaya gətirən analara eşq olsun!

 

Gülarə Munis. AYB və AJB üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.