Zəfər Salnaməsi

Print Friendly, PDF & Email

27 sentyabr 2020-ci il…

Acılarla, qanla, qada ilə dolu olan bir tarix…

Elə bir tarix ki, müddəti 44 gün çəkdi, sonda zəfər günəşinin şəfəqləri insanların ürəyinə axdı…

44 günlük müharibə nəhayət ki, Qələbə ilə bitdi və çox mətləbləri anlatdı bizə…

Silahlı qüvvələrin, rəşadətli Ordumuzun şücaəti dünya xalqlarına ibrət və nümunə oldu.

Bir yumruq kimi birləşən xalq zərbəsini bir hədəfə tuşladı…

Dəmir yumruğun zərbəsi o qədər əzəmətli və ağır oldu ki, 30 ilə həll oluna bilməyən münaqişələr 44 gün ərzində öz həllini tapdı, özü də çox ədalətlə tapdı.

İki “4” rəqəmi yan-yana dayanda cəmi ayyarımlıq bir zaman kəsiyini təsdiq edir. Bu kiçik bir zaman kəsiyində qüdrətli bir Ordunun, Ordu başçısının rəşadət və şücaəti nəticəsində 30 il əsarətdə qalan torpaqlar azad oldu.

Eşq olsun Azərbaycanın Ali Baş komandanına, Azərbaycan Ordusuna!

Bu Azərbaycanımızın hərb tarixinə yazılan yeni və möhtəşəm bir Zəfərdir.

Bu milli məfkurəmizə nur çiləyən bir salnamədir!

Qarabağ Azərbaycandır!

Zəfərimiz mübarək!

Gülarə Munis. AYB və AJB üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.