Satır- 3

Print Friendly, PDF & Email

ŞATIR -TİTUL, RÜTBƏ, MƏQAM, DƏRƏCƏ BİLDİRƏN SÖZ KİMİ….
Şatır sözünün titul bildirən mənada işləndiyi haqqında tarixi mənbələrdə məlumatlar var. Professor Firudin Cəlilovun Tədqiqatlarına əsasən Şadılı, Şatırlı sözlərinin kökü Şumer dilində titul bildirən Şad sözündən götürülüb. Şad sözü ( titulu) qaydaya görə vəzifəyə təyin olunan hökmdar oğullarına verilirmiş. Məsələn, Assur çarı Aşşurbanuqalın e.ə. 7-ci əsrin ortalarında MARDUK tanrıya həsr etdiyi çıxışının daş üzərinə yazılmış yazının mətni belədir : ” Mən (Tuqdammenin) gücünü dağıdacağam, öz belindən gələn və ona varis təyin edilən Sandak Şatrunu yenəcəyəm”. (İ.M.Dyakonov. ” Assiro – vavilonskiye istoçniki po istorii Urartu “, ” Vestnik Derevneye istorii “, N 2-3,1951, səh.78).

 E.ə. 13-cü əsrdə Dəclə çayı sahillərində Urraxinaş ( Urratinaş ) ölkəsinin çarının oğlu da Şadi – Teşub adı daşıyıb.
Digər mənbə kimi Orxon abidələrində rast gəlinən ( tərcümə olunmuş ) bu sümlələr var :
1) İki oğluma yabğu ( və ) Şad adı verdim.
2) Yeddi yüz kişini döyüşə aparanın böyüyü Şad idi.
3) Arxasınca Şadaprit bəylər….
Akademik Vaqif Şadlınski, ” Şadlınskilər ” tədqiqat əsərində : – Şadılı, Şatırlı, Şato kimi etnonimlər onu göstərir ki, türk onomastikasında ,şad sözü və şad sözünə söykənən etnonimlər geniş yayılmışdır “.
Şatru, Şator, Şato, Şatır kimi ifadələr e.ə.1-ci minilliyin əvvəllərindən müasir dövrə qədər tarixin bütün mərhələlərində işlənib, işlənməkdədir. Sözdə müəyyən səslərin yerdəyişməsi Şatır sözünün ifadə formasında dəyişikliklər etmişdir. Fikrimcə, bunun izahının iki yolu var :
1) Sözün digər xalqların dilində yazılışı və tələffüzü qaydalarındakı müxtəliflik.
2) üç min ilə qədər yaşı olan bir sözün eyni ifadə formasında qalmamamasının təbiliyi.
Bu dəyişikliklərin olmasına baxmayaraq istər Şadılı, istərsə də Şatır sözü öz tarixi mənalarını yaşatmaqdadır.
Titul mənasında işlənən Şatır sözünün (hələlik) ən qədim variantı e.ə. 8-ci əsrə aiddir – SANDAK ŞATRU !!!
Daş kitabələr və müxtəlif məxəzlərin məlumatları əsasında aydın olur ki, ŞATIR sözü ilk olaraq titul, rütbə kimi işlənmiş, sonralar tayfa adı kimi qərarlaşmışdır.
Eramızın 8-ci əsrindən 19-cu əsrin sonuna qədər müddətdə isə şatır sözü ilə əlaqədar yeni anlamlar meydana gəlmişdir.
Bizə ad qoyulan zaman, və ya biz özümüz övladlarımıza , nəvələrimizə ad qoyan zaman ad seçimi edirik… Həmin adlarda arzularımız, istəklərimiz əks olunur…Bu zaman bənzətmələrdən istifadə edirik. İldırım, Ulduz, Günəş, Ay və s. Şatır (Şatir) sözü də eyni qəbildən olan sözdür. Bu sözün anlamı ox və yaydır, mənası isə günəşin şüasına bənzətmədir.
ŞATIR sözünün tarixin hansı dövründə necə yazılmasından, necə tələffüz edilməsindən , hansı xalqın dilində işlənməsindən asılı olmayaraq məna çalarları eynidir : – fərqlənmiş, (fərqlənmişlər), seçilmiş ( seçilmişlər), cəld, çevik, qətiyyətli, qərarlı, sözündən dönməz, məğlub edilməz və s.
Böyük tarixi dövr ərzində yaşamağı bacarmış, mübarizə aparmış, qərar tutduğu məkanlarda sayılıb-seçilmiş ŞATIR tayfaları türksoylu boylar arasında dəyərli məqama qədər yüksəlmişlər. ( ARDI VAR ).

Elşad Amanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.