Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti haqqında

“Təhsil” Cəmiyyətinin yaranması haqqında qısa məlumat. “Təhsil” Cəmiyyəti 1989-cu il noyabr ayında təsis edilmiş və 1990-cı ilin avqust ayında Respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək rəsmi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ‘Təhsil” Cəmiyyəti 1993-cü ilin noyabr ayında təkrar qeydiyyatdan keçmişdir. Təşkilat 22 may 1999-cu ildə növbəti qurultayını keçirmişdir. “Təhsil” Cəmiyyəti könüllü-ictimai özünüidarəetmə formasında təşkil olunmuş qeyri-hökumət təşkilatıdır. […]