Qəmbərova Gülnarə Qəzənfər qızı

Print Friendly, PDF & Email

Mən Qəmbərova Gülnarə Qəzənfər qızı 1965-ci ildə (sentyabrın 19) Naxçıvan şəhərində anadan olmuşam. 1972-ci illərdə orta məktəbdə təhsil almışam. 1982-ci ildə Bakı şəhər İnşaat Mühəndislər institutunun “Memarlıq” fakültəsinə daxil olub, 1987-ci ildə həmin institutun (hazırda Az. MİU) “Memarlıq” fakultəsinin “Memarlıq” ixtisasını bitirmişəm. 1987-ci ildə təyinatla Naxçıvan “Aqrosənayetikinti” birliyində mühəndis-memar kimi fəaliyyətə başlamışam. 1987-ci ildən həmin idarədə mühəndis-memar, baş mühəndis-memar, şöbə müdiri vəzifələrində çalışmışam. 1994-cü ildən Naxçıvan Şəhər İcra Hakimiyyətində 2012-ci ilə qədər memar-mühəndis vəzifəsində çalışmışam. Bununla yanaşı 1997-ci ildən Naxçıvan Dövlət Universitetinin rəsm və rəsmixət, əmək təlimi kafedrasında, 2003-cü ildən “Memarlıq” kafedrasında müəllim, baş müəllim kimi çalışıram.

2003-cü ildən Azərbaycan Memarlıq İttifaqının üzvüyəm.

2009-cu ildə Memarlıq üzrə fəlsəfə doktoru müdafiə edib, 2010-cu ildən bu adı almışam.

Hazırda Naxçıvan Dövlət Universitetinin Memarlıq fakultəsinin “Memarlıq” kafedrasında dosent memarlıq üzrə fəlsəfə doktoru kimi ixtisas fənlərindən dərs verirəm.

Atam-Qəmbərov Qəzənfər Mikayıl oğlu 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Kükü kəndində anadan olub. Rəssamdır, hazırda təqaüddədir.

Anam-Məhərrəmova Günəş Cəlil qızı 1947-ci ildə Naxçıvan Şəhərində anadan olub. Hazırda təqaüddədir.

Oğlum-Bayramov Əmrah Oktay oğlu 1990-cı ildə Naxçıvan şəhərində anadan olub. Hərbiçidir.

Oğlum-Bayramov Nicat Oktay oğlu 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Televiziyasında çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.