Həqiqət carçısı

HƏQİQƏT CARÇISINA DAYAQ OLAQ! MOLDOVA OMBUDSMANINA TƏZYİQLƏR DAVAM EDİR. BU BARƏDƏ AÇIQLAMA VERƏN A.QRİQORİU BİLDİRİB Kİ, ERMƏNİLƏR BU DƏFƏ ONU ASALA (ERMƏNİSTANIN AZADLIĞI UĞRUNDA GİZLİ ERMƏNİ ORDUSU )TERROR TƏŞKİLATININ YARAQLILARI İLƏ HƏDƏLƏYİBLƏR. BU TƏZYİQLƏRƏ ONUN SİNƏ   GƏRMƏSİ ÜÇÜN AZƏRBAYCAN DİASPORUNUN   KÖMƏYİNƏ CİDDİ EHTİYAC VAR.   Dünyada elə insanlar var ki, onların əməllərindən təkcə öz milləti və ya xalqı deyil, neçə-neçə […]

Əsgərov Yusif Bayram oğlu

-24 dekabr 1938-ci ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində qulluqçu ailəsində anadan olub. -1955-ci ildə Qəbələ (keçmiş Qutqaşın) şəhərindəki orta məktəbi bitirmişdir. -1956-58-ci illərdə Saratov xüsusi milis məktəbini bitirib hüquqşünas diplomu almışdır. -Azərbaycan Politexnik İnstitununu (qiyabi, rus sektorunu) bitirib, dəmir yolunun elektrikləşdirilməsi ixtisasi üzrə ali təhsilli mühəndis diplomu almışdır. -1958-1990-cı illər ərzində Azərbaycanın müxtəlif rayon və şəhərlərində o cümlədən Şəmkir […]

Elm və Vətən fədaisi

“Fonemlər-əslində Kainatdakı və təbiətdəki varlıqların, hərəkətlərin və düşüncələrin simvollarıdır.” Fikrət Rzayev.     16.08.2013-cü il tarixində görkəmli mühəndis-konstruktor,Azərbaycanda hidravlikanın atası sayılan, dünya dilçilik elminə önəmli töhfələr verən,”AqRa” Elmin Inkişafına Dəstək İctimai Birliyinin sağlığında “Fəxri Üzvü” seçilən Elm və Vətən Fədaisi Fikrət Həsən oğlu Rzayevin (16.08.1936-28.02.2013) 77 yaşı olacaqdı…  FİKRƏT HƏSƏN OĞLU RZAYEVİN qısa tərcümeyi halı: (16.08.1936-28.02.2013)         1936-cı ildə Naxçıvan şəhərində […]

Gəmiqaya zirvəsinə gedən “Yolçu”

Bu dünyadan köçüb – ölməyənlər Yolçu, yolun uzaqdır -Yolçu, yolun uzaqdır! -Olsun, mən gedəsiyəm. -Yolçu, hava sazaqdır! -Olsun, mən gedəsiyəm. -Yolçu, bax, tufan gəlir! -Olsun, mən gedəsiyəm. -Yolçu, ömür gödəlir… -Olsun, mən gedəsiyəm. -Yolçu, hara gedirsən? -Arzumun mənzilinə. -Yolçu, yaxşı yol sənə!                      1979-cu il      Əjdər Əliş oğlu Fərzəliyev 1937-ci il martın 23-də Ağcabədi şəhərində sadə kəndli ailəsində […]

İtirdik…Məhərrəm Zamanın xatirəsinə

Bu gün, 08.08.2013-cü il tarixində, onun 54 yaşı olacaqdı… 9 yanvar 2013-cü il. Saat 14:00. Məhərrəm Zamanın Neftçilər metrosu yaxınlığındakı kiçik nəşriyyatı. Qızlar öz işlərindədir, yazıb-pozurlar… Məhərrəm rəhmətlik Elman Əliyev haqqında “Bəs ölməzliyə qovuşmaq necə olur ki…???” adlı bir məqalə yazıb, “Unikal” qəzetinə jurnalist dostumuz Fərzuq Seyidbəyliyə internet vasitəsi ilə göndərir. 11 yanvarda Elmanın ad günüdür, dostları 54 yaşını onsuz […]

Bəs ölməzliyə qovuşmaq necə olur ki…???

08.08.2013-cü ildə Məhərrəm Zamanın 54 yaşı olacaqdı… …10 yanvar 2013-cu il… …”Unikal” qəzetinin növbəti nömrəsi çapdan çıxır və orada yazıçı publusist, “Qızıl Qələm” mükafatı laureatı, II qrup Qarabağ müharibəsi əlili, “AqRa” EİDİB-in idarə heyətinin üzvü Məhərrəm Zamanın (Məhərrəm Qəhrəman oğlu Zamanovun 08.08.1959-0901.2013) görkəmli ziyalı Elman İslam oğlu Əliyev (11.01.1959-17.09.2011) haqqında yazdığı “Bəs ölməzliyə qovuşmaq necə olur ki…???”   məqaləsi dərc […]

Valeh İsmixan oğlu Baxşəliyev

Valeh İsmixan oğlu Baxşəliyev, Texnika elmlər doktoru, professor, AzTU, Texniki Mexanika kafedrası Elmi maraq dairəsi: Nəzəri və tətbiqi mexanika, Materiallar müqaviməti, Maşın mexanikası, Maşın hissələri və Tribologiya, Fasiləsiz Təhsilin problemləri.  Elmi istiqaməti və alınan nəticələr : О, «Maşınların, cihazların, aparatların dinamikası və möhkəmliyi» elmi istiqaməti üzrə neft sənayesində istifadə olunan maşın və mexanizmlərin uzunömürlüyü, möhkəmliyi və etibarlığının yüksəldilməsi üçün ciddi elmi nəticələr almışdır. Nəzəri mexanikadan […]

XƏLİLOV BULUDXAN ƏZİZ OĞLU

Azərbaycan dilçiliyinin, türkoloji dilçiliyin ən müasir məsələləri, problemləri B.Ə.Xəlilovun elmi yaradıcılığının əsasını təşkil edir. Əsərləri:    22 kitabın (dərslik, dərs vəsaiti, monoqrafiya), 7 tədris proqramının, 300-dən çox elmi əsərin müəllifidir. Proqramlan: Müasir Azərbaycan ədəbi dili; Azərbaycan dili elminin tarixi və metodologiyası; Azərbaycan dilinin müasir problemləri; Müasir Azərbaycan dilinin fonetikası; Müasir Azərbaycan dilinin leksikologiyası; Müasir Azərbaycan dilinin morfologiyası; Azərbaycan dilinin tarixi; Türk […]

Maddə -“ var oldu” halı yox, “var olsun” halıdır.

    Maddə bir adlı, çox mənalıdır. Maddə var olmanın fiziki-kimyəvi halıdır. Riyazi-həndəsi halı deyil. Varlığında, bütün məlum və naməlumların məzmuisi halıdır. Maddə məzmuisi aləmlərin işıq toplum halıdır. Maddə -“ var oldu” halı yox, “var olsun” halıdır. Maddə ətrafın halına görə dəyişilə bilmir. O, ətrafın həmahəng halına uyğunlaşdırılma halını dəyişə bilən halıdır. Dəyişdiyi qədərində də yenə də naməlum məzmuisidir.    […]

Ataxan Paşayev

   Kitabda ilk mənbələr və real faktlar  əsasında iki əsr ərzində Güney Qafqazı istila etmiş Rusiyanın və digər Avropa dövlətlərinin, Sovet hakimiyyəti illərində isə kommunist rəhbərlərin köməyilə şovinist erməni millətçilərinin bütün vasitələrdən istifadə edərək torpaqlarımızı ələ keçirmək üçün xalqımıza qarşı törətdikləri vəhşiliklər və xalqımızın başına gətirdikləri müsibətlər ətraflı araşdırılır. Kitabı yüklə

1 69 70 71 72 73 80