Tanrının seçilmiş qonağı

Print Friendly, PDF & Email

 Mənə qalsa, dünyanın bütün yaxşı adamlarını yaxından tanımaq istərdim. Təbii ki, bu mümkün deyil. Amma məni qane edən bir məqam da var – belə insanların dünyada var olmasını biləndə mənə bir könül xoşluğu, məmnunluq əta olunur elə bil. Və özlüyümdə fikirləşirəm ki, xoşbəxt olmaq üçün mənə çox şey lazım deyil. Belə bir könül xoşluğunu mənə işıqlı bir ziyalı, gözəl insan, çox dəyərli və müdrik şəxsiyyət – Özbəkistanın və Azərbaycanın yüksək rütbəli dövlət məmuru, görkəmli ictimai xadim, diplomat Aydın Əzimbəyov bəxş etdi.

Onun keşməkeşli həyatını, yaşadığı şərəfli ömür yolunu işıqlandırmaq, daha doğrusu, haqqında yazılanları, deyilənləri kitab halına salmaq, tərcümə etmək və tərtibat verərək çap etmək mənə nəsib oldu.

Bu, sıradan adi bir kitab deyildi. Bu, dünyanın hər üzünü görmüş ləyaqətli bir şəxsiyyətin Vətən qarşısında ən böyük hesabatı idi.

Kitaba daxil ediləcək materiallarla elə ilk tanışlıqdan sonra artıq bu kitabın statusu, dəyəri, hansı kontekstdə verilməli olması barədə qənaətim tam formalaşaraq kitabın ilk səhifəsində öz əksini tapdı.

 Azərbaycanın və Özbəkistanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Özbəkistanda ilk Fövqəladə və Səlahiyyətli səfiri və Mərkəzi Asiya Respublikalarında akkreditə olunmuş səfirAydın Əlibəy oğlu Əzimbəyova həsr olunmuş bu kitabtəkcəkeşməkeşli, müsibətlisürgünhəyatıyaşamasınabaxmayaraq, həyatdaözünütəsdiqetməyi, özqürbətvədoğmaVətəniüçünlayiqlioğulolmağıbacarmışbirinsanıntaleyihaqqındadeyil. Bu, həmdəbugündətəkrarlananbir çox problemlərin çox uzağa – xalqımızıntarixikeçmişinəgedibçıxanköklərinibirdahaişıqlan­dırmaqla, davametməkdəolanhəminproseslərinməğzinibirdahaaraşdırmaqcəhdidir. Nədən, əslində çar Rusiyasınınsələfiolan “humanist sovet dövlətimiz” dədaha çox bizimxalqıntərəqqipərvərinsanlarına, aydınlarına, ziyalılarına, millətinisevənoğullarınaqarşıxüsusiləamansızmövqedə idi?

Yazıçı Məhərrəm Zamanın kitab­da yer almış Aydın Əzimbəyovun hə­yatından bəhs edən «Körpü» adlı povestində bu suallara cavab tapdıqca qarşımda qəlbi Vətənlə döyünən bir insanın, gələcəyin görkəmli simalarından birinin dolğun portreti maraqlı və real təfərrüatlarla canlanmağa başladı. Dostların, həmkarların onu yaxından tanıyanların dost sözləri isə bu portretin ştrixləri olmaqla, onu daha da qabarıq etdi.

Bəy nəslindən olduğuna görə 37-ci illərdə bir çoxları kimi Əlibəy Əzimbəyovu da gecəynən evindən apardılar. Onun getdiyi ünvana elə arasında «gedər-gəlməz» deyirdilər. 3-4 ildən sonra başsız qalan ailənin qapısı yenə qəfildən döyüldü. Bu dəfə Əminə xanım üç qızı və 4-5 yaşlı oğlu Aydınla ölüm qatarının sərnişini oldu. Onlar da yüzlərlə günahsız həmvətənimiz kimi zorla Orta Asiyaya, Qazaxıstanın ac çöllərinə sürgün edildilər. Yüzlərlə adamın kip doldurulduğu qapısız-pəncərəsiz, üfunətli, gah cəhənnəm istisinin, gah da iliyə işləyən soyuğun hökm sürdüyü vaqonlarda sağ qalmaq şansı az idi. Ölənlərin nəşini ancaq gecə qaranlığında vaqondan götürürdülər – torpağa tapşırılmayan insanların ölümlərinin də zülüm olduğuna şahid olmasın deyə.

Ancaq… Göylərin iltifatı ilə möcüzə baş verir – başqa vaqonda aparılan Əlibəy təsadüfən arvad-uşağının da bu qatardakı sürgünə məhkum olunmuşlar arasında olduğundan xəbər tutur. Üç illik ayrılıqdan sonra ailənin üzvləri tapışırlar.

Yaşananları təmiz uşaq yaddaşına həkk edən Aydın müəllim olanları bu günkü kimi xatırlayır. Ac, susuz qalmalarını, jmıx yemələrini, susuz, ilan mələyən səhra həyatını, cəhənnəm istisini, soyuqdan donmamaq üçün yeganə üst geyimini növbə ilə geyinmələrini…    

Doğrudan da, hər şeyin bir sonu olur. Məşəqqətli günlərin, ayların, illərin də sonu çatır. Ailə bərəat alır. Ancaq doğma Vətənə, ilk dəfə dünyaya göz açdığı yerə – uşaqlıq xatirələrinin əlçatmaz ünvanı Naxçıvana dönmək mümkünsüz olur. Əzimbəyovlar əvvəl Qazaxstanda. Sonra isə Özbəkistanda yaşamağa başlayırlar. Aydın burada orta məktəbi bitirir. İnstituta daxil olur. Kənd təsərrüfatının mexanizasiyası üzrə ali təhsilli mütəxəssis kimi fəaliyyətə başlayır. Elə ilk gündən də savadı, biliyi, tərbiyəsi, şəxsiyyəti ilə diqqət çəkir. Mühəndis kimi işə başladığı avtobazada çox keçmədən baş mühəndis, daha sonra rəis vəzifəsinə təyin olunur. İş yerləri bir-birinin dalınca, fasilələrlə, yüksələn qrafik üzrə dəyişir. Sırdərya Vilayət avtotrestinin rəhbəri, Sırdərya Vilayət Kommunist Partiya Komitəsinin katibi, Özbəkistan SSR Avtomobil Nəqliyyatı naziri, Özbəkistan SSR Nazirlər Kabinetində şöbə rəisi və nəhayət Azərbaycanın Özbəkistandakı ilk fövqəladə və səlahiyyətli səfiri.

Sonuncu vəzifəyə onu Heydər Əliyev özü təyin etmişdi. SSRİ Nazirlər Soveti sədrinin I müavini işləyən Heydər Əliyev neçə illər öncə Moskvada onunla 5-10 dəqiqə təmasda olmuş, məruzəsini dinləmişdi. O vaxtdan on ildən çox vaxt keçməsinə baxmayaraq müstəqil Azərbaycanın fenomenal yaddaşa malik Prezidenti zamanında onu xatırlayaraq Özbəkistandan vətənə dəvət etmiş və onu Azərbaycanın bu ölkədə səfiri vəzifəsinə təyin etmişdi.

Harada olmasından, hansı vəzifədə işləməsindən asılı olmayaraq, Aydın Əzimbəyov həmişə öz xalqını, Vətənini düşünürdü. Özbəkistanda yaşayan çoxsaylı həmvətənlərini bir yerə toplamaq, həm də özbək xalqını Azərbaycan mədəniyyəti, adət və ənənəsi ilə daha yaxından tanış etmək üçün görünüşü ilə eyniylə Qız qalasını xatırladan «Azərbaycan Evi» adlı mədəniyyət mərkəzini inşa etdirdi. Mərkəzin qarşısında xalqımızın ümummilli lideri H.Əliyevin büstü qoyulub. Burada xeyir-şər mərasimlərini, mədəni tədbirləri keçirmək üçün münasib zallar da nəzərdə tutulmuşdu. Bu gün Daşkəndin mərkəzi küçələrindən biri Ulu öndər Heydər Əliyevin adını daşıyır. Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucalır. Bütün bunlar «tikdim ki, izim qala» deyiminin həyatda təsdiqi oldu.

Kitabın işıq üzü görməsi üçün tələsirdi. Bu anı səbirsizliklə gözləyirdi. Xəstə idi. Nə yaxşı, nə yaxşı ki, onun intizarına mümkün qədər tez son qoyaraq kitabını ona təqdim edə bildik. Sevincinin həddi-hüdudu yox idi. Telefonla təşəkkür etməyi az bilib, yanına dəvət etmişdi bizi – məni və kitabın məsləhətçi-koordinatoru, yeri gəlmişkən ən kiçik yaxşılığı belə diqqətsiz qoymayan, çox keyfiyyətli bir insan olan yaxın dostu Mirələkbər müəllimi. Canının ağrısının hayında olsa da, Aydın müəllim sona qədər əsl centlmen olaraq qaldı. Özü də kövrəlmişdi, məni də kövrəltdi. Özbəkistandan məhz bizim adımıza gətirdiyi suvenirləri bizə bağışladı. Mənə təşəkkür edərək, «Bəxtim gətirdi ki, mənim kitabımı məhz siz hazırladınız…» dedi. Tam səmimiyyətlə, «Sizin yox, mənim bəxtim gətirdi ki, Sizin kimi bir şəxsiyyətlə təmasda oldum!» deyə cavab verdim.

Çox keçmədi onun acı xəbərini eşitdim… Çox sarsıldım. Doğmalarımi itirəndə yaşadığım tanış boşluq məni bürüdü. Dünya bir daha çox yaxşı, xeyirxah, müdrik bir insan qədər balacalaşdı…

Amma, onun həyatı bitmədi. Çünki, Aydın Əlibəy oğlu Əzimbəyov kimi insanlar ölümsüz olurlar. Həyatı, insanları, Yaradanı sevdiklərinə görə. Öz xeyirxah, Allaha xoş gedən əməlləri ilə bu sevgiyə imza atdıqlarına görə.

Aydın Əzimbəyovun mənəvi həyatı cismani yoxluğundan sonra da davam edir –   onu tanıyanların yaddaşında, özünün qurub-yaratdıqlarında və «Tarixlə səsləşən ömür yolu» adlı kitabının səhifələrində. Bir də həyatının son günlərində öz əliylə yazdığı müdrik sözlərində:

         Nədən kədərliyəm, nə axtarıram?..
         Nə əvvəli nə sonu olmayan dünyada
         Mən – Tanrı qonağıyam…

Göylərin iltifatı

 Sö­zü­mə bir rə­va­yət­lə baş­la­maq is­tər­dim. …Or­du düş­mən­lə dö­yü­şə yol­la­nır­dı. Qo­şu­nun sa­yı-he­sabı yox idi. Doğ­ma yer­lə­rin hü­dud­la­rı­nı tərk et­məz­dən qa­baq, sər­kər­də öz dö­yüş­çü­lə­ri­nə hün­dür bir yer dü­zəlt­mə­lə­ri­ni əmr et­di ki, on­la­rın yo­lu­nu göz­lə­yə­cək ana­lar, qa­dın və uşaq­lar bu­ra­dan ba­xan­da uzaq­la­rı  gö­rə bil­sin­lər. Be­lə­lik­lə, hər dö­yüş­çü­nün bir pa­paq do­lu­su tor­paq tök­dü­yü bü yer­də ba­şı göy­lə­rə ça­tan bir dağ di­kəl­di.

Za­man keç­di. Or­du və­tə­nə dön­dü. Qan­lı dö­yüş­lə­rə ge­dər­kən Ana yur­dun sər­həd­din­də ucalt­dıq­la­rı hə­min da­ğın ətə­yi­nə ça­tan­da sər­kər­də ye­nə bu­ra­ya tor­paq tök­mə­yi əmr et­di. An­caq dö­yüş­çü­lər hə­min ye­rə ki­sə və pa­paq­lar­la nə qə­dər tor­paq da­şı­yıb tök­sə­lər də nə­ti­cə­də ba­şı göy­lə­rə ça­tan hə­min dağ­la mü­qa­yi­sə­də çox ki­çik bir tə­pə­cik əmə­lə gəl­di. Tə­pə elə ki­çik idi ki, kə­nar­dan ba­xan­da ba­ba­sı­nın di­zi­nə sı­ğı­na­raq da­yan­mış nə­və­ni xa­tır­la­dır­dı.

Bu­nun­la be­lə, tə­pə­ci­yin üs­tün­dən ən va­cib və ən önəm­li ola­nı gör­mək müm­kün idi.

 Bu, hə­min yas­tı tə­pə­nin üs­tun­dən gö­rü­nən Bö­yük Qə­lə­bə, bir də gə­lə­cək nə­sil­lə­rin əmin-aman­lı­ğı idi.

Məhərrəm Zamanın «Aydın Əzimbəyov -Tarixlə səsləşən ömür yolu» kitabı.
Sa­bir Hü­sey­novun məqaləsindən bir parçanın rus dilindən tərcüməsi

 Sevda Mikayılqızı: “Söz amanatı” kitabından, səh. 216-221, Bakı, Ziya, NPM, 2013

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.