Alma almaya bənzər…
Azərbaycanın zəngin təbiətinə istinadən deyirlər ki, dünyanın on bir iqlimindən doqquzu bizim məmləkətimizdədir. Bu Allahın Azərbaycana və xalqına olan lütfü, mərhəmətidir. Torpağımızda bitən nemətlərin sayı hesabı yoxdur, meyvə, tərəvəz, gül-çiçək, min bir dərdin dərmanı otlar, daha nələr, nələr? Allahın verdiyi, torpağın yetişdirdiyi nemətlərə görə şükür əlaməti olaraq tarix boyu nənə-babalarımız nağıllarda, bayatılarda, o nemətlərin müqəddəsliyini, saflığını, halallığını nəzmə çəkib. Bəstəkarlar […]
