Ömür də bir paydır
Bu yer həyatı bir qatarda, bir vaqonda, bir kupedə, bir pəncərədən pəncərə arxasından keçən görüntülərə baxmağa bənzər.
Çöllər, körpülər, ağaclar, yollar, insanlar, şəhərlər, dostlar yaxınlar, küləklər, yağan yağışlar, qarlar sür`ətlə göz önündən keçər. Amma keçər, arxada qalar, yaddaşda qalar, səsi ilə, vaxtı ilə, sür`əti ilə. Nə tez keçər, nə tez şütüyər. Keçilən o yollar arxada qalar. Ömürmü keçir, vaxtmı keçir, ömür qatarımı keçir? Yox, biz keçirik hansısa məntəqəyə çatmaq üçün. “Məntəqə” var ki, ömür qatarından tək yenəcəyik. Ömür var ki, o qatardan yenəndə qarşılanacağıq gülsüz, çiçəksiz… Ömür keçmədədir, yerdən keçmədədir. Amma keçmədədir.
Axtarırıq ölənə kimi, arzu edirik ölənə kimi! Kaş bilə idik ki, nələrə nəyə çatdıq, haralara yüksəldik ölənə kimi. İnsan bütün ömür müddətində ahıl yaşında olmuş olsa da belə, yenə də yeni dil açan, addımlayan ətrafı heyranlıqla seyr edən tanımağa çalışan körpə uşağa bənzər. Ona görə də “qocaldım” – ı özünə demir insan. Çünki uşaq kimi ətraf aləmi yenə də tanımağa çalışır insan. Qocalmış olsa da, olmasa da, həmişə bir fikir deyir “mən nə ömür yaşadım ki, hələ…”
Yer üzünə yenməklə biz böyüklük məkanına yenərik. Gördüklərimizə, bildiklərimizə yaddaş qədəri çatar. Amma bu böyüklüklə Kainat böyüklüyünün dərk edilməsinə ömür müddətimiz çatmaz. Kainat mexanikasını dərk etməyə başımızdakı yaddaş nöqtələrimizin hamısını işlətməyə düşüncə sür`əti yetmir ( insan başının 2 – 3 % – nı işlədir). Nəyi bilmək istədiksə də, onu hələ öyrənə bildik, tamını isə yenə də bilə bilmədik. Kainatın işıq payı bizdədir amma İşığın qüdrət qədəri özündədir.
Təyyarə içərisində sərnişinlərlə bir məntəqədən o məntəqəyə uçmadayıq. İllüminatordan baxdıqda buludlar, günəş görünər. O, illüminatordan aşağıya yer üzünə baxdıqda ağaclar kiçik – kiçik, yollar nazik – nazik. O, hündürlükdən ( on min metr yüksəklikdən ) aşağıya baxdıqda canlı görünmür ( görmürük ) nə insan, nə qarışqa, nə həşarat, ehtiyyacı olan ehtiyyacı olmayan, sevinən, kədərlənən, narazı və ya razı olanları görmürük. Axı onlar da o yer üzündə nələrisə istəyində, arzularında, düşüncələrindədirlər. O, canlıları biz yer üzündə görə bilmirik. Biz yer səthindən heç də uzağa qopmamışıq o canlıları nə görür, nə eşidir, nə də onların istəklər qədərini bilmirik. O, istəkləri eşitsək də belə heç bir qədər paylarını ayırmağa da imkanlarımız çatmır.
Qəribədir Kainat O, ucalıqdan Görür də, Eşidir də, Bilir də, Qədər paylarını ayırır da.
O, “ qatarda “ səfərimiz ömrümüz, yolumuz. Əbədiyyətə yüksəlməyimiz bir sonumuz da.
Yer kürəsinin foto şəkilinə baxdıqda o planetin səthində nə insan, nə canlı, nə həşarat, nə meşə, nə çay gözlə görmək olmur. Amma onlar planetin səthində mövcuddurlar. Kainatda çox – çox yuxarıdan dinlənilərkən bir səs eşidilməkdədir, insan “ Yaratmısan yaşat “ – deyər. Qəribədir Kainat Görmədə, Eşitmədə, Qədər paylarını pay – pay ayırmada.
Nə fərqi var ömür payımız qatardamı, gəmidəmi, piyadamı keçdi. Amma bir məntəqədən O, məntəqəyə getmədəyik. Bütün canlı aləm bir fikir deyər, nə tez keçdi, hər şey bir az bundan əvvəl olmuşdu axı… nə ömür yaşadım axı… nə tez keçdi… Nə ilə gəlmişdik, nə “ apardıq “ axı – nı heç düşünmək istəmirik.
Amma vaxtsız zamansız, vaxtsız zamansızda keçir ki, deyilir ki, “ nə ömür yaşadıq ki… “ Bu yer aləmi səhnə deyil biz personajları. Bu yer aləmi ömürə bir paydır ki, bəxş olunan o ömür payını kim necə yaşadı ki… Bu yer aləmi ömürə müddətdir, Ölümü yoxdur ki, o “ ölümə “ sevinə! Hər bir son bir başlanğıcdır. Baxar kim hansı başlanğıca yetişər, qovuşar…
Vahid Rzayev