2016-cı ildə professor Abbas Zamanovun anadan olmasının 105 ili tamam olur.

Print Friendly, PDF & Email

   …Tale elə gətirmişdi ki,mənə də Abbas Müəllimi tanımaq şərəfi cavanlığımdan nəsib olmuşdu və bu keçən 50 ilə yaxın dövrdə hər keçən vaxt-zaman kəsiyində  daha yaxından tanıdıqca Onun necə Görkəmli  Alim, Gözəl İnsan, Qeyrətli Vətəndaş, Mehriban Qohum olduğunu özüm üçün bir daha kəşf etməkdəyəm…

     …Professor Abbas Zamanovun anadan olmasının 100 illiyi tədbirlərinə qoşulanlar sırasında ailə üzvləri,tanıdığımız ziyalılar və alimlərlə  birgə “AqRa”EİDİB-in də üzvləri də var idi…

Onların da bir qismi artıq bu həyatda yoxdur: oğlu Fuad;Abbas Zamanov irsinin mükəmməl araşdırıcısı Fərqanə xanım Kazımova; əslən Maxtalı, yazıçı-publisist Məhərrəm Zaman;ixtisasca mühəndis-konstruktor olsa da dünya dilçilik elmində bilinməyənləri açan Fikrət Rzayev…

    Biz də gedəcəyik,qalan olmayacaq…

    Diqqətimizi  bizim övraqda  gedən Vahid Rzayevin  “Ömür də bir paydır” adlı yazısına yönəltmək istərdim:

    “…Bu yer həyatı bir qatarda, bir vaqonda, bir kupedə, bir pəncərədən pəncərə arxasından keçən görüntülərə baxmağa bənzər…

    Nə fərqi var ömür payımız qatardamı, gəmidəmi, piyadamı keçdi. Amma bir məntəqədən O, məntəqəyə getmədəyik. Bütün canlı aləm bir fikir deyər, nə tez keçdi, hər şey bir az bundan əvvəl olmuşdu axı… nə ömür yaşadım axı… nə tez keçdi… Nə ilə gəlmişdik, nə “ apardıq “ axı – nı heç düşünmək istəmirik.

   Amma vaxtsız zamansız, vaxtsız zamansızda keçir ki, deyilir ki, “ nə ömür yaşadıq ki… “ Bu yer aləmi səhnə deyil biz personajları. Bu yer aləmi ömürə bir paydır ki, bəxş olunan o ömür payını kim necə yaşadı ki… Bu yer aləmi ömürə müddətdir, Ölümü yoxdur ki, o “ ölümə “ sevinə! Hər bir son bir başlanğıcdır. Baxar kim hansı başlanğıca yetişər, qovuşar…”

      Bu yaxınlarda  90 illik yubileyi qeyd olunan BDU-nun professoru Pənah Xəlilov həmkarını və müəllimini belə yad edir:”Abbas Zamanov bir dünya idi…”

      Son günlər Az TV-də nümayiş olunan Azərbaycan Demokratik Respublikasının üzvlərinin bugünku müstəqilliyimizin müəyyən mə`nada əsasında  duran Paris Sülh Danışıqlarında fəaliyyətinə həsr olunan “Əbədi ezamiyyət” sənədli filmi və eyni adlı kitabında (Heydər Əliyev fondunun təşəbbüsü ilə nəşr olunub) həmin şəxslərin və onların ailə üzvlərinin tapılmasında məzarlarının müəyyənləşdirilməsində də Abbas Zamanovun önəmli xidmətlər göstərdiyi qeyd olunur. 

    Elə şəxsiyyətlər  var ki,onları nəinki anadan olduğu günlərdə və ya illərdə,imkan düşdükcə hər gün,hər an yad etmək,anmaq lazımdır…Çünki həm də biz istəsək də istəməsək də onların gördüyü işlər və əməllər bizsiz də yaşayır və yaşayacaq.

    Abbas Müəllim elə bir ömür yaşadı ki,elə əməllər sahibi oldu ki,əkdikləri bu gün də yaşayır,bar verir…Həmişə də yaşayacaq.

    Qeyd1.Professor Abbas Zamanov haqqında önəmli materiallar(yazılar,şəkillər) təqdim etdiyinə görə gəlini,fizika-riyaziyyat elmləri doktoru Elmira xanım Cəfərovaya,fotolar göndərdiyi üçün nəvəsi Abbasa minnətdarlığımızı bildiririk.

    Qeyd 2.Bütün fotolar həm də “Qalareya” bölümündə yerləşdiriləcək.Oxuculardan xahiş edirik ki, əgər onlarda da Professor Abbas Zamanovla bağlı şəkillər,digər materiallar varsa,onlar da bizə şəkillər göndərərək bölümün dolğunlaşmasına köməklik göstərsinlər.

   Qeyd 3. Bu mətnin arxasınca gedən şəkillərin bir qisminin kimə aid olmasının müəyyənləşdirilməsində bizə köməklik göstərsinlər.

“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin sədri M. Seyidov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.